“Gəncə” ABŞ-dən olan basketbolçu Kobi Maqini heyətinə qatıb
“Gəncə” daha bir basketbolçunu heyətinə cəlb edib.
Canlixeber.com xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Bildirilib ki, ABŞ-dən olan Kobi Maqi yeni mövsümün sonunadək bölgə təmsilçisində çıxış edəcək.
23 yaşlı müdafiəçi ilk dəfə legioner həyatı yaşayacaq. O, bunadək yalnız vətənində çıxış edib.
