Xəbər lenti
Sonuncu xəbərlər
Gəncədə qadın ürək əməliyyatından sonra vəfat edib
Gəncədə qadın əməliyyatdan sonra ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərdə yerləşən özəl xəstəxanaların birinə baş verib. Tərtər rayon sakini 1958-ci il təvəllüdlü K.Qasımova əməliyyatdan sonra ölüb. Məlumata görə, qadın xəstəxanada ürək əməliyyatı olubmuş. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib. Faktla bağlı […]
Ötən gün 2 avtomat silahı, 6 tüfəng aşkarlanıb
Avqustun 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 6 tüfəng, 2 patron darağı və 69 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam […]
Füzulidə atdan yıxılan uşaq xəstəxanada öldü
Füzuli rayonunda 12 yaşlı uşaq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Zobucuq-5 qəsəbəsində baş verib. Rayonun Qarğabazar kənd sakini 2014-cü il təvəllüdlü Röyal Rasim oğlu Namazov avqustun 15-də Zobucuq-5 qəsəbəsinin ərazisində atdan yıxılıb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan R.Namazov xəstəxanaya yerləşdirilib. Aparılan müalicələrə baxmayaraq, o, avqustun 28-i xəstəxanada ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı
Mərkəzi Bankın (AMB) baş direktoru Vüqar Əhmədov vəzifəsindən ayrılıb. Canlixeber.com APA-ya istinadla xəbər verir ki, Vüqar Əhmədov avqustun 28-dən öz ərizəsi ilə işdən ayrılıb. Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 10-dan 9-a enib. Qeyd edək ki, Vüqar Əhmədov 2009-cu ildən AMB-də çalışıb. Əvvəlcə Mərkəzi Bankın Tədqiqatlar departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsinin rəisi vəzifəsinə […]
Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini olan bir nəfəri döyərək onun 960 manat pulunu, içərisində 250 manat dəyərində mobil telefon və 2 ədəd bank kartı olan çantasını götürüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə […]
Bakı Qızlar Universitetinin tələbələri köçürüldü
Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılmasından sonra tələbələrin digər ali təhsil müəssisələrində təhsillərini davam etdirməsi üçün köçürülmə prosesi həyata keçirilib. Canlixeber.com xəbər verir ki, tələbələr Odlar Yurdu və Azərbaycan Universitetlərinə köçürülüb. Bildirilib ki, 366 bakalavr tələbəsindən 191-i Azərbaycan Universitetinə, 175-i isə Odlar Yurdu Universitetinə köçürülüb.
İlk qatlanan “iPhone” təqdim ediləcək – Tarix açıqlandı
“Apple”ın 9 sentyabrda keçirəcəyi təqdimatda şirkətin ilk qatlanan smartfonu olan “iPhone Ultra” modelini nümayiş etdirəcəyi gözlənilir. Canlixeber.com xəbər verir ki, qatlanan “iPhone”un ilin sonuna qədər satışa çıxarılması və ilkin qiymətinin təxminən 2200 avro (təxminən 4300 manat) olması gözlənilir. Məlumata görə, “iPhone Ultra” kitab kimi açılan daxili və ənənəvi smartfon kimi istifadə edilə bilən xarici ekranla təchiz olunacaq. […]
“Neftçi” belçikalı futbolçu ilə müqavilə imzaladı
“Neftçi” belçikalı futbolçu Denzel Jubitananı heyətinə qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Surinam əsilli belçikalı sağ vinger Denzel Jubitana ilə 2 illik müqavilə bağlanıb. 27 yaşlı futbolçu 22 nömrəli forma geyinəcək.
Bakıda marketdən 225 manatlıq şokolad və “Red Bull” oğurlandı
Bakının Nərimanov rayonunda marketdən oğurluq edən şəxs məsuliyyətə cəlb edilib. Canlixeber.com xəbər verir ki, hadisə rayonunun X.Şuşinski küçəsi 59 ünvanında yerləşən “Bravo” marketdə baş verib. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Asim Məmmədov (ad-soyad şərti verilib – red.) marketdən 225 manat dəyərində şokolad və “Red Bull” oğurlayıb. Məmmədov Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinin […]
Bərgüşadçay su anbarına 130 milyon manat xərclənəcək
“Tikilməkdə olan obyektlərin müdiriyyəti” publik hüquqi şəxsi Bərgüşadçay su anbarının tikintisinin II mərhələsi çərçivəsində təsərrüfatlara suvarma suyunun verilməsi üçün magistral və paylayıcı boru kəmərlərinin tikintisi ilə bağlı açıq tender elan edib. Canlixeber.com xəbər verir ki, layihənin ehtimal olunan qiyməti 130 milyon 372 min manatdır. Tender çərçivəsində suvarma suyu üçün DN2800 markalı, 9 980 metr uzunluğunda […]
