Bakı Qızlar Universiteti
Bakı Qızlar Universitetinin tələbələri köçürüldü
Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılmasından sonra tələbələrin digər ali təhsil müəssisələrində təhsillərini davam etdirməsi üçün köçürülmə prosesi həyata keçirilib. Canlixeber.com xəbər verir ki, tələbələr Odlar Yurdu və Azərbaycan Universitetlərinə köçürülüb. Bildirilib ki, 366 bakalavr tələbəsindən 191-i Azərbaycan Universitetinə, 175-i isə Odlar Yurdu Universitetinə köçürülüb.
Bakı Qızlar Universitetinin tələbələrinin NƏZƏRİNƏ: Nazirlik tədbirlərin icrasına başladı
Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar sözügedən ali təhsil müəssisəsinin tələbələri ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, universitetin təhsil fəaliyyətinin dayandırılması nəzərə alınaraq, 2026/2027-ci tədris ili üzrə Bakı Qızlar Universitetinə ali təhsilin həm bakalavriat, həm də magistratura səviyyələri üzrə tələbə […]
