İşdən azad edilmə
Yardımlı rayonunun İcra başçısı vəzifəsindən azad edilib
Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Anar Bayramov daha bir xəstəxananın direktorunu işdən çıxardı
Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb. Əmrə əsasən, Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyeva tutduğu vəzifədən azad edilib. Onun yerinə hələlik təyinat yoxdur. Qeyd edək ki, daha öncə Anar Bayramovun müvafiq əmri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanası, Şəki və Şirvan Rayon […]
Agentlik sədrinin müşaviri işdən çıxarıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin (SXA) rəhbər heyətində kadr islahatı aparılıb. Canlixeber.com xəbər verir ki, SXA-nın İdarə Heyətinin sədrinin müşaviri Cavid Abdullayev vəzifəsindən azad edilib. Beləliklə, agentlik sədri Vüqar Behbudovun müşavirlərinin sayı 3-ə düşüb.
Anar Bayramov direktor müavinini işdən çıxardı
Sumqayıt Tibb Mərkəzində (STM) kadr islahatı həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov əmr imzalayıb. Əmrə əsasən, STM-in inzibati işlər üzrə direktor müavini Orxan Məmmədov vəzifəsindən azad edilib.
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı
Mərkəzi Bankın (AMB) baş direktoru Vüqar Əhmədov vəzifəsindən ayrılıb. Canlixeber.com APA-ya istinadla xəbər verir ki, Vüqar Əhmədov avqustun 28-dən öz ərizəsi ilə işdən ayrılıb. Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 10-dan 9-a enib. Qeyd edək ki, Vüqar Əhmədov 2009-cu ildən AMB-də çalışıb. Əvvəlcə Mərkəzi Bankın Tədqiqatlar departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsinin rəisi vəzifəsinə […]
Oqtay Əmənullayev vəzifəsindən azad olunub
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Oqtay Əmənullayev vəzifəsindən azad olunub. Canlixeber.com xəbər verir ki, o, artıq kollektivlə sağollaşıb və buradakı fəaliyyətini yekunlaşdırıb. Qeyd edək ki, O.Əmənullayev ötən ilin avqustundan bu vəzifədə çalışırdı. O, 2020-25-ci illərdə isə Astara RMX-nin direktoru vəzifəsində işləyib.
İlham Nəsirov nazirlikdəki vəzifəsini itirdi
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri İlham Nəsirov vəzifəsindən azad olunub. Canlixeber.com xəbər verir ki, bu barədə nazir Rəşad İsmayılov müvafiq əmr imzalayıb. Qeyd edək ki, İ.Nəsirov 2023-cü ilin noyabr ayında o zaman ekologiya və təbii sərvətlər naziri postunu tutan Muxtar Babayevin müşaviri təyin olunmuşdu. O, daha əvvəllər enerji sektorunda müxtəlif vəzifələrdə çalışıb.
7 saylı Şəhər poliklinikasının baş həkimi işdən çıxarıldı
Paytaxtın Xətai rayonunda yerləşən 7 saylı Şəhər poliklinikasının baş həkimi Şəlalə Zakir qızı Səfərova vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb. Hələlik baş həkim vəzifəsinə yeni təyinat olmayıb. Xatırladaq ki, ötən gün 27 nömrəli Şəhər Poliklinikasının baş həkimi Sevinc Yusifova da işdən çıxarılıb.
Emin Məmmədxanlı vəzifəsindən azad edildi
Emin Nurəddin oğlu Məmmədxanlı Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad olunub. Canlixeber.com xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov bununla bağlı müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, E.Məmmədxanlı bu vəzifəyə 2023-cü ilin sentyabr ayında təyin edilmişdi.
İcra başçısı Vətən müharibəsi iştirakçısını köməkçisi VƏZİFƏSİNDƏN ÇIXARDI
Göygöl Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub. Canlixeber.com xəbər verir ki, bu barədə icra başçısı Vüqar Novruzov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Göygöl Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Yusif Hacıyev vəzifəsindən azad edilib. Digər əmrlə, o, İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri təyin olunub. Qeyd […]
