1 min read

“Neftçi” amerikalı basketbolçu Robert Hovardı heyətinə cəlb edib

“Neftçi” basketbol klubu heyətini amerikalı Robert Hovardla gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Basketbolçu ilə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalanıb. 29 yaşlı və 203 sm boya malik təcrübəli hücumçu karyerası ərzində Avstriya, Çexiya, Belçika çempionatlarında çıxış edib. Robert Hovardın son klubu Slovakiya təmsilçisi “Slovan” (Bratislava) olub.

1 min read

Premyer Liqa: “Neftçi” avrokuboklara vəsiqəni təmin etdi

“Neftçi” cari mövsüm Misli Premyer Liqasında avrokuboklara vəsiqə qazanan sonuncu komanda olub. Canlixeber.com xəbər verir ki, “ağ-qaralar” buna 33-cü turda səfərdə “Sabah” üzərində 1:2 hesablı qələbədən sonra nail olublar. “Bank Respublika Arena”da son Azərbaycan çempionunun qonağı olan “flaqman”ın heyətində Andrey Ştoqrin (9) və İfeanyi Metyu (70) fərqləniblər. “Bayquşlar”ın qolunu isə Aleksey İsayev (3) vurub.