Xəbər lenti
Sonuncu xəbərlər
Naxçıvanda avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində baş verib. Belə ki, avtomobil yolu qarşı tərəfə keçən Naxçıvan şəhər sakini, 1985-ci il təvəllüdlü Quliyev Loğman Qələndər oğlunu vurub. Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb […]
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Sərxan kəndində qeydə alınıb. Belə ki, 2015-ci il təvəllüdlü kənd sakini boğazında olan artıq ət səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Əməliyyatdan sonra evə buraxılan azyaşlı evdə vəfat edib. TƏBİB-dən bildirilib ki, 1 nəfər azyaşlı (qadın cinsli) otorinolarinqoloji əməliyyat edilməsi səbəbilə 26.08.2026-cı il […]
Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib
Avtoxuliqanlıq edən sürücü 1 il sürücülük hüququndan məhrum edilib. Canlixeber.com xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı toy karvanında avtoxuliqanlıq edən sürücü E.Abdullayev saxlanılıb. O, idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaradıb. […]
Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib
Azərbaycanın 6 idmançısı bu gün Bakıda start götürən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. İlk dəfə ölkəmizdə keçirilən yarışın startında təsnifat görüşləri keçirilib. Daha sonra qrup mərhələsinin görüşlərinə və dairəvi sistem üzrə qarşılaşmalara keçid edilib. Axşam seansında isə turnirin açılış mərasimi baş […]
“Süleymançılar” dini təriqəti ilə əlaqəli 35 nəfər həbs edilib
“Süleymançılar” dini təriqətinin lideri Əlixan Kurişlə birgə saxlanılan 37 nəfərdən 35-i həbs edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Ankara Respublika Baş Prokurorluğuna istinadən “Haber Global” məlumat yayıb. “25.08.2026-cı il tarixində həyata keçirilən əməliyyat çərçivəsində saxlanılan 37 şübhəlidən 35-i barəsində həbs, 2 şübhəli barəsində məhkəmə nəzarəti qərarı verilib”, – məlumatda bildirilib. Xatırladaq ki, avqustun 13-də […]
İTV 21 yaşını qeyd edir
Bu gün İctimai Televiziyanın (İTV) 21 yaşı tamam olur. Canlixeber.com xəbər verir ki, İTV 2005-ci il avqustun 29-da fəaliyyətə başlayıb. 21 illik fəaliyyəti dövründə böyük inkişaf yolu keçən, maraqlı layihələrə imza atan telekanal bu gün tamaşaçıların sevgisini qazanmağı bacarıb. İctimai Televiziya Azərbaycanın zəngin və rəngarəng efir məkanında fərqli – ictimai yayım prinsiplərinə uyğun proqram siyasəti […]
“Neftçi SOCAR” Dünya Qadın Seriyasının Takasaki mərhələsində mübarizəyə başlayır
3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində mübarizəyə başlayır. Canlixeber.com xəbər verir ki, Azərbaycan təmsilçisi B qrupunda mübarizə aparacaq. “Ağ-qaralar” ilk olaraq Yaponiya yığması ilə, daha sonra yerli “Takasaki” klubu ilə üz-üzə gələcək. Qrupda ilk iki yeri tutan komandalar 1/4 finala yüksələcəklər. Xatırladaq ki, 23 mərhələnin nəticələrinə əsasən, “Neftçi […]
BDYPİ sürücüləri həftəsonu yollarda diqqətli olmağa çağırıb
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması, eyni zamanda bəzi ərazilərdə müşahidə olunan yağışlı və küləkli hava şəraiti sürücülərdən daha diqqətli və məsuliyyətli olmağa çağırıb. Canlixeber.com xəbər verir ki, bu barədə idarə məlumat yayıb. Bildirilib ki, idarə hərəkət iştirakçılarına hava və yol şəraitini düzgün qiymətləndirməyi, sürət həddini mövcud şəraitə uyğun […]
Tərtərdə 65 yaşlı kişi kanalda boğuldu
Tərtər rayonunda 65 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib. Kənd sakini 1961-ci il təvəllüdlü Ağa Məmmədov Suqovuşandan gələn beton kanaldan su götürmək istəyərkən kanala yıxılıb. Hadisədən bir neçə saat sonra kənd sakinləri xəbər alıblar və axtarışlara başlanıb. Axtarışlar zamanı onun meyiti tapılıb. Faktla bağlı […]
Misli Premyer Liqası: III tura bu gün iki oyunla start verilir
Misli Premyer Liqasında III turun oyunları bu gün başlayır. Canlixeber.com xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək. İlk görüşdə “Qəbələ” doğma meydanda “Şamaxı”nı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq. Günün digər qarşılaşmasında isə “Şəfa” “İmişli” ilə üz-üzə gələcək. “SOCAR Polymer Arena”da keçiriləcək görüş saat 20:15-də start götürəcək. 29 […]
