Xəbər lenti
Sonuncu xəbərlər
“Gəncə” amerikalı basketbolçu Nik Ellinqtonu heyətinə qatıb
“Gəncə” basketbol klubu amerikalı hücumçu Nik Ellinqtonu heyətinə cəlb edib. Canlixeber.com xəbər verir ki, 25 yaşlı forvardla mövsümün sonunadək müqavilə imzalanıb. 203 santimetr boya malik Nik Ellinqton karyerasında ilk dəfə ölkəsindən kənarda çıxış edəcək.
Qəbələyə istirahətə gedən qadın hovuzda ölü tapıldı
Qəbələ rayonunda 29 yaşlı qadın hovuzda boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə ötən gecə rayonun Vəndam qəsəbəsində qeydə alınıb. İmişli rayon sakini – 1997-ci il təvəllüdlü Lamiyə Əhmədli istirahət üçün kirayələdiyi evin həyətindəki hovuzda çimərkən boğulub. Faktla bağlı Qəbələ rayon Prokurorluğunda araşdırma başlanılıb.
Ceyhun Bayramov Pakistan xarici işlər naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclası çərçivəsində Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb. Canlixeber.com xəbər verir ki, bu barədə Pakistan XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. Nazirlər regional və beynəlxalq məsələlər, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi […]
Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bakıda 13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində cinayəti işi məhkəməyə göndərilib. Canlixeber.com xəbər verir ki, bu barədə “Report”a Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, 2013-cü il mayın 2-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində Şilder Vüsal Adolf qəsdən öldürülüb. Faktla bağlı prokurorluq orqanları tərəfindən aparılmış ibtidai istintaq nəticəsində İsgəndərov Elman […]
Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb. Canlixeber.com xəbər verir ki, spiker bu barədə Serbiyanın paytaxtı Belqrad şəhərində Qoşulmama Hərəkatının 65-ci ildönümünə həsr olunmuş tədbirdə deyib. “Parlamentlərarası İttifaqda rəhbər vəzifəyə namizədliyimin irəli sürülməsi mənim üçün böyük şərəfdir. Seçkilər bu ilin oktyabr ayında Tanzaniyada keçiriləcək və həmin vaxt […]
Bu gündən Azərbaycanda balıq ovu mövsümü açıq elan olunur
Kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədli balıq ve digər su bioresurslarının ovuna qoyulmuş moratoriumun müddəti başa çatır. Canlixeber.com xəbər verir ki, sentyabrın 1-dən müəyyən edilmiş qaydalara uyğun olaraq balıq ovu müddəti açıq elan olunur. Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, […]
İlham Əliyev Bişkekdə Vladimir Putinlə ayaqüstü söhbət edib
Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı sammiti (ŞƏT) çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ayaqüstü söhbət edib. Canlixeber.com bu barədə “Report”a istinadla xəbər verir. Dövlət başçıları cari vəziyyəti müzakirə ediblər.
Prezident İlham Əliyev Bişkekdə Hindistan Baş naziri ilə söhbət edib
Prezident İlham Əliyev Narendra Modi ilə söhbət edib. Canlixeber.com xəbər verir ki, Azərbaycan Prezidenti və Hindistan Baş naziri “ŞƏT plyus” sammiti çərçivəsində söhbət ediblər.
Azərbaycanlı kikboksçu dopinqə görə iki il diskvalifikasiya edildi
Kikboksinq üzrə Azərbaycan idmançısı Baba Abbaszadə antidopinq qaydalarını pozduğu üçün iki il müddətinə diskvalifikasiya edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Milli AntiDopinq Agentliyi (AMADA) məlumat yayıb. Məlumata görə, Abbaszadənin nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitlərinin, yaxud markerlərinin aşkarlanması (2.1), həmçinin qadağan edilmiş maddə və ya üsuldan istifadə və ya istifadə cəhdi […]
Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi
Azərbaycanın ən böyük turizm şirkətlərindən birinin rəhbəri Rövşən Abdullayev Polşada həbs edilib. Canlixeber.com Qafqazinfo.az-a istinadla xəbər verir ki, şirkət rəhbərinin həbsinə səbəb Azərbaycan Respublikası tərəfindən axtarışa verilməsidir. R.Abdullayev şirkətə müraciət edən müştərilərin bir milyon manata yaxın pulunu dələduzluq yolu ələ keçirməkdə ittiham olunur. 100-ə yaxın əməkdaşı olan “Flyblast Agency Travel” aviabilet satışı, tur-paketlər, xarici və […]
