Polşa
Azərbaycanlı gənc Polşada vəfat etdi
Marneuli bələdiyyəsinin Candar kənd sakini, 25 yaşlı Azər Mehtiyev Polşada vəfat edib. Canlixeber.com xəbər verir ki, Azər Mehtiyev evdə olduğu zaman qəfil ürəyi dayanıb və həyatını itirib. Məlumata əsasən, mərhum işləmək məqsədilə Polşaya gedibmiş. Hazırda onun nəşinin doğma kəndinə gətirilməsi üçün zəruri sənədlərin hazırlanması istiqamətində işlər aparılır.
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb
Polşada istehsal olunmuş məhsulun üzərində artıq ləğv edilmiş separatçı rejimin əskisinin təsviri olan çap materialının yerli satışda olması barədə məlumat bu ölkədəki Azərbaycan diaspor nümayəndələrinin sosial şəbəkələrində yayımlamasından dərhal sonra Azərbaycanın Polşadakı səfirliyi materialların istehsalının dayandırılması və satışdan çıxarılması istiqamətində tədbirlər həyata keçirib. Canlixeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Polşadakı səfirliyindən məlumat […]
Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi
Azərbaycanın ən böyük turizm şirkətlərindən birinin rəhbəri Rövşən Abdullayev Polşada həbs edilib. Canlixeber.com Qafqazinfo.az-a istinadla xəbər verir ki, şirkət rəhbərinin həbsinə səbəb Azərbaycan Respublikası tərəfindən axtarışa verilməsidir. R.Abdullayev şirkətə müraciət edən müştərilərin bir milyon manata yaxın pulunu dələduzluq yolu ələ keçirməkdə ittiham olunur. 100-ə yaxın əməkdaşı olan “Flyblast Agency Travel” aviabilet satışı, tur-paketlər, xarici və […]
Polşada müəmmalı şəkildə yoxa çıxan azərbaycanlı iş adamının avtomobili çaydan tapılıb
Polşada müəmmalı şəkildə yoxa çıxan azərbaycanlı iş adamı Rabit Bakıyevin avtomobili çaydan tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə onun yaxınları açıqlama veriblər. Məlumata görə, Polşanın Kostrzyn şəhərində ötən ilin fevral ayından itkin düşən, Gürcüstanın Marneuli bələdiyyəsinin Algeti kənd sakini, 38 yaşlı Rabit Bakıyevin idarə etdiyi avtomobil çayda aşkar edilib. Qeyd edək ki, Rabit Bakıyev […]
Azərbaycanlı gənc Polşada göldə boğuldu
Gürcüstanın Bolnisi bələdiyyəsinin Ayorta kənd sakini, 28 yaşlı Fərman Xəlilov Polşada faciəli şəkildə həyatını itirib. Canlixeber.com xəbər verir ki, gənc göldə çimərkən boğularaq ölüb. Bildirilib ki, F.Xəlilov işləmək məqsədilə bir müddət əvvəl Polşaya yollanmışdı. Qeyd edək ki, son iki ay ərzində Gürcüstandan olan üç gənc Polşada göldə boğularaq həyatını itirib.
23 yaşlı azərbaycanlı Polşada faciəli şəkildə öldü
Azərbaycanəsilli Gürcüstan vətəndaşı Polşada faciəvi şəkildə həlak olub. Canlixeber.com xəbər verir ki, Bolnisi rayonunun Kazreti qəsəbə sakini, 23 yaşlı Elvar Sariyev dostları ilə birlikdə istirahət məqsədilə göl kənarına gedib. Məlumata görə, o, göldə çimərkən boğularaq ölüb. Qeyd edək ki, Elvar Sarıyevin işləmək məqsədilə Polşaya getdiyi bildirilir.
Polşada azərbaycanlı sürücüyə HÜCUM OLUB
Polşada azərbaycanlı sürücü zorakılığa məruz qalıb. Canlixeber.com xəbər verir ki, həmin ölkədə yaşayan soydaşlarımız məlumat verib. Məlumata əsasən, hadisə paytaxt Varşavada qeydə alınıb. Polşa vətəndaşı olan şəxs azərbaycanlı sürücünün avtomobilinə hücum edərək, xeyli zərər vurub. Bildirilib ki, həmin şəxs səbəb kimi dayanma-durma qaydalarının pozulmasını bəhanə edib: “Bu zaman azərbaycanlının avtomobilində olan qadın sərnişin cinayətkara etiraz […]
Polşa klubu azərbaycanlı futbolçu ilə yolları ayırdı
Polşanın “Motor” (Lyublin) klubu Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla yollarını ayırıb. Canlixeber.com qol.az-a istinadla xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Dadaşovun iyunda başa çatan müqaviləsi yenilənməyəcək. Qeyd edək ki, Azərbaycan millisinin üzvü ötən ilin yayından “Motor”un formasını geyinirdi. 26 yaşlı hücumçu Polşa təmsilçisinin heyətində ümumilikdə 22 oyunda meydana çıxıb […]
