1 min read

Azərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar

Sərbəst güləş üzrə Azərbaycan millisi sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlük veriləcək. Yığmanın baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev, Şərif Şərifov və […]

1 min read

Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub

Sumqayıt şəhərində 6 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, şəhərin Sülh prospektində hərəkətdə olan 6 avtomobil toqquşub. Qəza nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Hadisə ilə əlaqədar əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, araşdrıma aparılır.

1 min read

“Turan Tovuz”un qapıçısı Oleq Baklov Azərbaycan millisinə qarşı mübarizə apara bilər

“Turan Tovuz”un qapıçısı Oleq Baklov Tacikistan millisinə dəvət alıb. Canlixeber.com xəbər verir ki, 31 yaşlı qolkiper Çin, Fələstin və Azərbaycanla yoxlama oyunları üçün milli komandanın sərəncamında olacaq. O, yığmamıza qarşı matçda mübarizə apara bilər. Qeyd edək ki, Oleq Baklov ötən ildən Tovuz təmsilçisinin heyətində çıxış edir.

1 min read

Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlik açıqlanıb – Rəqəmlər

Azərbaycanda 2025-ci il ərzində müxtəlif səbəblərdən ölənlərin sayında artım qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin hesabatında yer alıb. Qeyd olunub ki, 2010-cu ildə ölkədə ümumilikdə müxtəlif səbəblərdən 53 580 nəfər vəfat etdiyi halda, 2025-ci ildə isə bu göstərici 59 834 nəfərə yüksəlib. Beləliklə, 15 il ərzində ölüm hallarının ümumi sayı […]

1 min read

Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində: Milyonlarla avroluq cinayət işinin detalları

Fransanın Lion şəhərində 5 ton saxta siqaretin müsadirəsi ilə nəticələnən cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, iş materiallarına əsasən, şəbəkənin rəhbərlik və təchizat həlqələrində bir neçə Ermənistan vətəndaşı yer alıb. Fransada Ermənistan vətəndaşlarının və erməni mənşəli şəxslərin adlarının mütəşəkkil cinayətkarlıqla bağlı araşdırmalarda hallanması ilk belə hal deyil. Son illərdə Fransa hüquq-mühafizə […]

1 min read

Hacıqabulda “Diqqət uşaqlar” devizi altında tədbir keçirildi

Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təşkilatçılığı ilə 10 saylı tam orta məktəbdə “Yol hərəkəti qaydalarına riayət etmək təhlükəsizliyin qarantıdır” mövzusunda maarifləndirici görüş keçirilib. Canlixeber.com xəbər verir ki, tədbirdə çıxış edən polis əməkdaşları keçirilən tədbirin əsas mahiyyətinin azyaşlıları yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək və onların iştirakı ilə baş verə biləcək yol […]

2 mins read

General-mayor İsgəndər Allahverdiyev vəfat etdi

Azərbaycan Respublikasının sərhəd mühafizəsi və təhlükəsizlik orqanlarında uzun illər məsul vəzifələrdə xidmət etmiş general-mayor İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi nekroloq yayıb. Nekroloqda bildirilir ki, İsgəndər İmanverdi oğlu Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin […]

1 min read

Azərbaycanda psixi və sinir sistemi xəstəlikləri artıb – Rəqəmlər

Azərbaycanda son beş ildə psixi pozuntular və davranış pozuntuları, eləcə də sinir sistemi xəstəlikləri ilə bağlı diaqnoz qoyulan şəxslərin sayında artım qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Məlumata görə, son beş ildə psixi pozuntular və davranış pozuntuları ilə bağlı 2010-cu ildə 11 201, 2015-ci ildə 7 764, 2020-ci […]

1 min read

Körpə həkimlərin köməyilə həyata qaytarıldı

16.06.2026-cı il təvəllüdlü qız körpə ağır gedişli suçiçəyi (varicella) və onunla əlaqəli ağırlaşmalar fonunda 31.08.2026-cı il tarixində Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasının Yenidoğulmuşların reanimasiyası şöbəsinə hospitalizasiya olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb. Hospitalizasiya zamanı vəziyyəti ağır qiymətləndirilən və huşu aydın olmayan […]