3 mins read

Dünya çempionatında iştirak edəcək Azərbaycanın güləş millilərinin heyəti açıqlanıb

Oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək dünya çempionatı üçün Azərbaycanın güləş millilərinin heyəti bəlli olub. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası (AGF) məlumat AGF-nin təlim-məşq bazasında yunan-Roma güləşi üzrə milli komandanın yolasalma mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov, baş katibi […]

1 min read

Azərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar

Sərbəst güləş üzrə Azərbaycan millisi sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlük veriləcək. Yığmanın baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev, Şərif Şərifov və […]

2 mins read

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı bu gün Bakıda start götürən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. İlk dəfə ölkəmizdə keçirilən yarışın startında təsnifat görüşləri keçirilib. Daha sonra qrup mərhələsinin görüşlərinə və dairəvi sistem üzrə qarşılaşmalara keçid edilib. Axşam seansında isə turnirin açılış mərasimi baş […]

1 min read

Azərbaycan güləşçiləri dünya çempionatını doqquz medalla başa vurdular

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U20 dünya çempionatının sonuncu yarış günündə 70, 74, 97 və 125 kq çəki dərəcələrində medalçılar müəyyənləşib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, Hacı Kərimov (70 kq) finalda iranlı Sina Mehdi Xəlili ilə qarşılaşıb. Rəqibinə 3:7 hesabı ilə məğlub olan Hacı gümüş medal […]

1 min read

Azərbaycan güləşçiləri Türkiyədə xatirə turnirində iştirak edəcəklər

Sabah Türkiyənin Kocaeli şəhərində güləş üzrə Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirinə start veriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.Bildirilib ki, avqustun 2-dək davam edəcək yarışda yunan-Roma və sərbəst güləş üzrə millilərimizin 23 üzvü mübarizə aparacaq. Məşqçilər Rövşən Bayramov, Rəsul Cəzini və Sabah Şəriətinin rəhbərliyi altında Nihad Quluzadə, Rəşad […]

1 min read

Bakıdakı güləş üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər açıqlanıb

İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər müəyyənləşib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Məlumata görə, Milli Gimnastika Arenasında keçiriləcək mötəbər yarışda I-S kateqoriyalı hakim Sədi Quliyev, həmçinin I kateqoriyalı referilər Kamran Əliyev, Əli Babayev və Zaur Şərifov ədaləti qoruyacaqlar. Ümumilikdə dünya […]