1 min read

Azərbaycandan ayrılıb Afrikaya üz tutdu

Ötən mövsüm “Karvan-Yevlax”da oynayan Mise Nqvisaninin yeni klubu bəlli olub. Canlixeber.com xəbər verir ki, almaniyalı müdafiəçi Afrikaya üz tutub. O, Liviyanın “Əl-Bəşayir” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, Nqivisani ötən mövsüm “Karvan-Yevlax” Misli Premyer Liqasında çıxış edərkən bu komandada oynayıb və 27 matçda iştirak edib.

1 min read

“Karvan-Yevlax” klubu ötən ay müqavilə bağladığı Nemət Şixamirovla yolları ayırıb

“Karvan-Yevlax” klubu ötən ay müqavilə imzaladığı Nemət Şixamirovla yolları ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə Yevlax təmsilçis məlumat yayıb. Futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Qeyd edək ki, N.Şıxamirovla avqustda imzalanan müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulmuşdu.

1 min read

“Karvan-Yevlax” Orxan Sadıqlını heyətinə qatıb

“Karvan-Yevlax” klubu yeni futbolçu transferini açıqlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 33 yaşlı qapıçı Orxan Sadıqlı ilə 1 mövsümlük müqavilə imzalanıb. Xatırladaq ki, son olaraq “Mingəçevir”də çıxış edən oyunçu karyerası ərzində “Xəzər Lənkəran”, “Kəpəz”, “Sumqayıt” “Zirə” və “Şəmkir” klublarının qapısını qoruyub.

1 min read

“Karvan-Yevlax”da növbəti ayrılıq

“Karvan-Yevlax” klubu Qavi Thompsonla yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə başa çatan müqavilə müddəti yenilənməyib. Qeyd edək ki, nigeriyalı 26 yaşlı futbolçu Misli Premyer Liqasının 2025/2026 mövsümündə meydana çıxdığı 33 oyunda 2 qolla yadda qalıb.

1 min read

“Karvan-Yevlax” baş məşqçisi ilə yollarını ayırdı

“Karvan-Yevlax” baş məşqçi Füzuli Məmmədovla yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 48 yaşlı mütəxəssisin klubla başa çatan müqaviləsinin müddəti artırılmayıb. Qeyd edək ki, Füzuli Məmmədov 2025-ci ilin noyabrında “Karvan-Yevlax”ın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Mövsümün yekunlarına əsasən 15 xal toplayan komanda Premyer Liqanı tərk edib.