Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlik açıqlanıb – Rəqəmlər
Azərbaycanda 2025-ci il ərzində müxtəlif səbəblərdən ölənlərin sayında artım qeydə alınıb.
Canlixeber.com xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin hesabatında yer alıb.
Qeyd olunub ki, 2010-cu ildə ölkədə ümumilikdə müxtəlif səbəblərdən 53 580 nəfər vəfat etdiyi halda, 2025-ci ildə isə bu göstərici 59 834 nəfərə yüksəlib.
Beləliklə, 15 il ərzində ölüm hallarının ümumi sayı 6 254 nəfər artıb.
