Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində: Milyonlarla avroluq cinayət işinin detalları
1 min read

Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində: Milyonlarla avroluq cinayət işinin detalları

Fransanın Lion şəhərində 5 ton saxta siqaretin müsadirəsi ilə nəticələnən cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Canlixeber.com xəbər verir ki, iş materiallarına əsasən, şəbəkənin rəhbərlik və təchizat həlqələrində bir neçə Ermənistan vətəndaşı yer alıb.

Fransada Ermənistan vətəndaşlarının və erməni mənşəli şəxslərin adlarının mütəşəkkil cinayətkarlıqla bağlı araşdırmalarda hallanması ilk belə hal deyil. Son illərdə Fransa hüquq-mühafizə orqanlarının saxta tütün istehsalı və dövriyyəsinə qarşı keçirdiyi ayrı-ayrı əməliyyatlarda da Ermənistan vətəndaşları saxlanılıb. Lionda məhkəməyə çıxarılan hazırkı iş isə həmin şəxslərdən bir neçəsinin sıravi iştirakçı deyil, şəbəkənin rəhbərlik və təchizat həlqələrində ittiham olunması ilə diqqət çəkir.

Sentyabrın 14-dən 16-dək Lion Məhkəməsinin 16-cı Cinayət Palatasında 15 nəfərin işi araşdırılıb. Təxminən iki il davam edən istintaq zamanı Fransanın Ron, Drom və Kot-d’Or departamentlərində fəaliyyət göstərən qanunsuz siqaret ticarəti şəbəkəsi müəyyən edilib.