Sonuncu xəbərlər
Keniyalı atlet Aqnes Nqetiç Danimarkada yeni dünya rekordu müəyyənləşdirib
Keniyalı atlet Aqnes Nqetiç Danimarkanın paytaxtı Kopenhagendə keçirilən şosse qaçışı üzrə dünya çempionatında yeni rekord müəyyənləşdirib. Canlixeber.com xəbər verir ki, 25 yaşlı idmançı qadınlar arasında təşkil olunan yarımmarafonda 21,1 kilometr məsafəni 1 saat 5 dəqiqə 15 saniyəyə qət edib. O, həmyerlisi Peres Cepçirçirin 2020-ci ilin oktyabrından bəri qüvvədə olan əvvəlki dünya göstəricisini 1 saniyə yaxşılaşdırıb. […]
Azərbaycanda təhsil marketinqi: “Qeydiyyat başladı”dan daha böyük məsələ
Azərbaycanda təhsil marketinqi: “Qeydiyyat başladı”dan daha böyük məsələ Təhsil artıq yalnız bilik və bacarıqların ötürüldüyü sahə deyil, eyni zamanda rəqabətin getdikcə artdığı bir sektora çevrilir. Universitetlər, məktəblər, kurslar və müxtəlif təhsil platformaları öz imkanlarını və üstünlüklərini cəmiyyətə daha effektiv şəkildə təqdim etməyə çalışırlar. Bu prosesdə marketinq alətlərindən istifadə təhsil müəssisələrinin tələbə və valideynlərlə kommunikasiya qurmasında […]
Azərbaycandan ayrılıb Afrikaya üz tutdu
Ötən mövsüm “Karvan-Yevlax”da oynayan Mise Nqvisaninin yeni klubu bəlli olub. Canlixeber.com xəbər verir ki, almaniyalı müdafiəçi Afrikaya üz tutub. O, Liviyanın “Əl-Bəşayir” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, Nqivisani ötən mövsüm “Karvan-Yevlax” Misli Premyer Liqasında çıxış edərkən bu komandada oynayıb və 27 matçda iştirak edib.
Rusiyada daha 2 nəfəri ayı parçalayıb
Rusiyanın Tomsk vilayətinin Kolpaşevo rayonunda ayı 2 nəfəri parçalayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Ölənlərin 44 və 46 yaşları olub. Onlardan 44 yaşlı kişi yerli fermada işləyib. Cümə günü, sentyabrın 18-də o, itkin düşən inəyi tapmaq üçün Sever kəndi yaxınlığındakı meşəyə gedib və geri qayıtmayıb.Ertəsi gün onun […]
Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi təbrik edib
Türkiyənin Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə ölkəmizi təbrik edib. Canlixeber.com paylaşımı təqdim edir: “Qardaş Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirik. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün qardaşlarımızı rəhmətlə yad edir, qazilərə Allahdan şəfa diləyirik”.
Bakıda taekvondo üzrə “Koreya Səfiri Kuboku” turniri keçiriləcək
Sentyabrın 21–25-də Bakıda taekvondo üzrə uşaqlar arasında ölkə birinciliyi, 16–21 yaşlılar arasında ölkə çempionatı və gənclər arasında “Koreya Səfiri Kuboku” turniri təşkil olunacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidməti məlumat yayıb. Dörd gün davam edəcək uşaqlar arasında ölkə birinciliyi və 16–21 yaşlılar arasında ölkə çempionatında Azərbaycanın müxtəlif şəhər və […]
Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
Pakistanın Xarici İşlər Nazirliyi (XİN) 20 Sentyabr- Dövlət Suverenliyi Günü ilə bağlı Azərbaycana təbrik ünvanlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Pakistan XİN “X” sosial şəbəkə hesabında paylaşım edib. “Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Respublikasının Hökumətinə və xalqına ən səmimi təbriklər!”, – paylaşımda qeyd olunub.
DİN: Tarixi missiya uğurla yerinə yetirilib
2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror əməliyyatı Azərbaycanın Zəfər salnaməsində xüsusi yerə malikdir. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları və polis əməkdaşları bu tarixi missiyanın yerinə yetirilməsində fədakarlıq və qəhrəmanlıq göstərərək ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpası yolunda […]
“Yuventus”un qapıçısı zədələndi
“Yuventus”un qapıçısı Kamil Qrabara zədə səbəbindən uzun müddətə sıradan çıxıb. Canlixeber.com xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat verilib. Məlumata görə, qapıçı sentyabrın 19-da, şənbə günü keçirilən məşq zamanı sağ dizindən zədə alıb. Elə həmin axşam Qrabara klubun “J|Medical” mərkəzində diaqnostik müayinədən keçib. Müayinə nəticəsində onun sağ dizindəki ön çarpaz bağın qopması aşkar […]
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
İsrailin Bakıdakı səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə səfirlik “X” hesabında paylaşım edib. “İsrail Dövlətinin Səfirliyi Azərbaycan Respublikasını Suverenlik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir! Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davamlı sülh, rifah, birlik və qüvvət gətirsin. Azərbaycan Respublikasına möhkəm suverenlik, sabitlik və parlaq gələcək […]
