Ayı hücumu
Ayı TƏHLÜKƏSİ: Rusiyanın ən uzun pilləkəninə giriş qadağan edildi
Rusiyanın Krasnoyarsk şəhərində Torqaşin pilləkəni ayıların hücum təhlükəsi səbəbindən ziyarətçilər üçün bağlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə şəhər meriyası “Telegram” kanalında məlumat yayıb. Rusiyanın ən uzun pilləkəni olan bu tikilinin uzunluğu 1 200 metrdir. O, “Stolbı” qoruğu ilə Torqaşin silsiləsini birləşdirir. “Torqaşin pilləkəni ərazisində ayıların aktivliyi qeydə alınıb. Təhlükəsizliyiniz naminə xahiş edirik, pilləkənlə yuxarı […]
Rusiyada tanınmış məşqçini ayı parçaladı
Rusiyanın Tuva Respublikasında ayının hücumuna məruz qalan turist ölüb. Canlixeber.com xəbər verir ki, bu barədə “İnterfaks”a respublikanın Dövlət Ov Nəzarəti İdarəsinin rəhbəri Artış Salçak məlumat verib. “Sentyabrın 22-də moskvalı turistlərdən ibarət qrup Böyük Yenisey çayı ilə qayıqla dərin tayqaya doğru hərəkət edib. Onlar sahil boyu düşərgə qurublar. Günorta saatlarında qrupa ayı hücum edərək 60 yaşlarında […]
Rusiyada daha 2 nəfəri ayı parçalayıb
Rusiyanın Tomsk vilayətinin Kolpaşevo rayonunda ayı 2 nəfəri parçalayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Ölənlərin 44 və 46 yaşları olub. Onlardan 44 yaşlı kişi yerli fermada işləyib. Cümə günü, sentyabrın 18-də o, itkin düşən inəyi tapmaq üçün Sever kəndi yaxınlığındakı meşəyə gedib və geri qayıtmayıb.Ertəsi gün onun […]
Rusiyada ayı 66 yaşlı qadını yaşadığı evin həyətində parçalayıb
Rusiyanın Krasnoyarsk diyarında ayının hücumu nəticəsində 66 yaşlı qadın ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Yermakovsk bələdiyyə dairəsinin Verxni Kebej kəndində baş verib. Məlumata görə, ayı qadına onun yaşadığı evin həyətində hücum edib. Aldığı xəsarətlər nəticəsində qadın həyatını itirib. Hadisənin bütün təfərrüatları araşdırılır. Bildirilir ki, bu, son bir ay ərzində Sibirdə ayı hücumu nəticəsində qeydə […]
Buryatiyada itkin düşən turisti ayı parçalayıb
Rusiyanın Buryatiya Respublikasında itkin düşən 61 yaşlı kişinin cəsədi bir neçə günlük axtarışdan sonra Barquzinski rayonunda tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə “SHOT” “Telegram” kanalı məlumat verib. Axtarışlar zamanı xilasedicilər təxminən 400 km sahil xəttini və 50 km-dən çox meşə massivini axtarıblar, lakin turisti ayı parçalayıbmış. Kişini qohumları tapıblar və onun cəsədi polisə təhvil […]
ABŞ-də ayı evə girərək əlil arabasındakı kişini parçalayıb
ABŞ-nin Nyu-Meksiko ştatında ayı yaşlı kişinin evinə girərək ona hücum edib. Canlixeber.com “People” nəşrinə istinadən xəbər verir ki, 67 yaşlı kişi hadisə zamanı evdə tək olub. Onun ögey oğlu isə poçta gedibmiş. Məlumata görə, yaşlı kişi yaxın vaxtlarda insult keçirib, həyat yoldaşını itirib və əlil arabasından istifadə edib. Ögey oğlu evə qayıdarkən qapının yarıaçıq olduğunu […]
