Keniyalı atlet Aqnes Nqetiç Danimarkada yeni dünya rekordu müəyyənləşdirib
Keniyalı atlet Aqnes Nqetiç Danimarkanın paytaxtı Kopenhagendə keçirilən şosse qaçışı üzrə dünya çempionatında yeni rekord müəyyənləşdirib.
Canlixeber.com xəbər verir ki, 25 yaşlı idmançı qadınlar arasında təşkil olunan yarımmarafonda 21,1 kilometr məsafəni 1 saat 5 dəqiqə 15 saniyəyə qət edib.
O, həmyerlisi Peres Cepçirçirin 2020-ci ilin oktyabrından bəri qüvvədə olan əvvəlki dünya göstəricisini 1 saniyə yaxşılaşdırıb.
Qeyd edək ki, A.Nqetiç 2024-cü ilin yanvarında İspaniyanın Valensiya şəhərində keçirilən yarışda 10 kilometr məsafəni 28 dəqiqə 46 saniyəyə qaçaraq qarışıq startda 29 dəqiqə həddini keçən ilk qadın idmançı kimi tarixə düşüb. O, 2025-ci ilin aprelində keçirilən analoji yürüşdə məsafəni 29 dəqiqə 27 saniyəyə qət etməklə yeni dünya rekorduna imza atıb.
