1 min read

Nazir Mirzə Mirzəyevə VƏZİFƏ VERDİ

Bakı Dövlət Universitetinə (BDU) yeni prorektor təyin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Mirzə Mirzəyev BDU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə gətirilib. O, son təyinatadək BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri vəzifəsində çalışıb. Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə Nəbi […]

1 min read

Bakı və bölgələrdə KÜLƏK GÜCLƏNƏCƏK – XƏBƏRDARLIQ

İyunun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb. Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Gəncə, Ağstafa, Qazax, Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Salyan, Şirvan, Şabran, Xızı, Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. […]

1 min read

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb

Ötən gün ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 158, o cümlədən borclu şəxs qismində axtarışda olan 144 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eyni zamanda, narkotiklərlə əlaqəli […]

1 min read

Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisələrində bu ilin beş ayı (yanvar-may) ərzində 31 nikah qeydə alınıb. Canlixeber.com xəbər verir ki, və barədə nazirlikdən məlumat verilib. Bununla yanaşı, 1 yanvar 2025-ci il tarixindən 1 iyun 2026-cı il tarixinədək Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində 6 doğum qeydə alınıb. Həmçinin bildirilib ki, ötən il ərzində […]

1 min read

Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb

Bu gün Azərbaycandan Ermənistana göndərilən 971 ton benzin və 467 ton dizel yanacağı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola salınıb. Canlixeber.com xəbər verir ki, 18 vaqon “Aİ-92” markalı avtomobil benzini və 8 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq. Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana […]

1 min read

“Ayaks”ı məyus edən niderlandlı futbolçu faciəli şəkildə həlak oldu

Niderlandlı futbolçu Mats Qrotenbreq suda baş verən bədbəxt hadisə nəticəsində 28 yaşında faciəli şəkildə həyatını itirib. Canlixeber.com xəbər verir ki, bu barədə məlumatı ESPN telekanalı yayıb. İdmançının ölümü Niderlandın Limburq əyalətində yerləşən “Mukerplas” istirahət zonasında çimərkən qayıqla toqquşması nəticəsində baş verib. Futbolçu 2023-cü ildə həvəskar “Herkules” klubunun heyətində çıxış edərkən Niderland Kuboku matçının əlavə vaxtında […]

1 min read

3.2 ton çətənə kolu məhv edilib

İyunun 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 59 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, yabanı halda bitmiş 3,2 ton çəkidə 21055 ədəd çətənə və xaşxaş kolu isə aşkarlanaraq məhv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 min read

Lənkəranda 26 kiloqram narkotik aşkarlanıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib. Canlixeber.com xəbər verir ki, tədbirlərlə əvvəllər məhkum olunmuş 32 yaşlı Taleh Əmrahov saxlanılıb. Həmin şəxsdən ümumilikdə 26 kiloqram marixuana və 40 ədəd psixotrop tərkibli həb aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri […]

4 mins read

AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı planlaşdırır

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasına ilk yeni nəsil “Airbus A321neo” təyyarəsini əlavə edib. Təyyarə 25 iyun 2026-cı il tarixində Hamburq şəhərində keçirilən tədbirdə təhvil alınıb. Canlixeber.com xəbər verir ki, sözügedən yeni nəsil hava gəmisinin donanmaya qoşulması ilə AZAL-ın donanmasında “Airbus “A319ceo”, “A320ceo”, “A320neo” və “A321neo” tipli təyyarələr istismar olunur. Bildirilib ki, […]

1 min read

Göygöldə “QAZel” yeddi yaşlı uşağı vurdu

Göygöldə azyaşlını maşın vurub. Canlixeber.com xəbər verir ki, ilkin məlumata görə, “QAZel” markalı yük avtomobili 2019-cu il təvəllüdlü K.Abbasovu vurub. Azyaşlı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Ona tibbi yardım göstərilib, müalicəsi davam edir. Faktla bağlı araşdırma aparılır.