1 min read

“TikTok”da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı

Astara rayonunda “TikTok”da başqa qadınla yazışan kişi həyat yoldaşını döyərək onun qolunu sındırıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Şuvi kəndində baş verib. Kənd sakini, 1990-cı il təvəllüdlü Sahib İsmayılov (şərti ad və soyad – red.) evlidir və bu nikahdan beş övladı var. O, 2022-ci ildə həyat yoldaşını döydüyünə görə məsuliyyətə cəlb edilib. Barəsində cinayət […]

2 mins read

Bərdədə müəllimə “TikTok”dakı təhqirə görə cəzalandırıldı

Bərdə rayonunda musiqi məktəbində çalışan müəllimə G.R. sosial şəbəkədə bir kişini və ailə üzvlərini təhqir etdiyinə görə cəzalandırılıb. Canlixeber.com xəbər verir ki, 1993-cü il təvəllüdlü G.R. Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib. Məhkəmə materiallarına əsasən, G.R. “TikTok” sosial şəbəkəsində yaratdığı səhifələrdə Şahin adlı şəxsin və ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib. O, paylaşımlar və […]

1 min read

Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

Azərbaycanda məktəblərdə “Tiktok”a çıxış məhdudlaşdırılıb. Canlixeber.com xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub: “Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii […]

1 min read

“TikTok” Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin “Spotify AB” və Sinqapurun “TikTok Pte. Ltd.” şirkətləridir. Hər iki şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı 1 oktyabr 2026-cı […]

1 min read

Asiyanın ən varlı insanı oldu

“TikTok”un əsas şirkəti “ByteDance”ın qurucusu Çjan İminq 105,5 milyard dollarlıq sərvəti ilə Asiyanın ən varlı insanı olub. Canlixeber.com xəbər verir ki, “Bloomberg”in məlumatına görə, çinli sahibkar 104,8 milyard dollar sərvəti olan hindistanlı iş adamı Qautam Adanini geridə qoyub. “ByteDance”ın təxminən 21 faizinə sahib olan Çjan İminqin sərvəti “BlackRock” və “Fidelity”nin şirkətə dair yeni qiymətləndirmələrindən sonra […]

1 min read

Qeyri-etik video paylaşan tiktoker SAXLANILDI

Sosial şəbəkədə qeyri-etik paylaşımlar edən daha bir tiktoker saxlanılıb. Canlixeber.com xəbər verir ki, 27 yaşlı Cavid Abbasov (şərti adla) öz fotosunun üzərinə qeyri-etik və nalayiq ifadələr yazaraq video düzəldib. Həmin videonu “TikTok” sosial şəbəkəsində idarəçisi olduğu “Qara qartal” adlı səhifəsində paylaşıb. Faktla bağlı C.Abbasov polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya […]

3 mins read

“Arzum”un məhkəməsi qeyri-müəyyən vaxta təxirə salındı

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan “Arzum 999” ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş tərəfin vəkili hakim tərkibinə etiraz edib. Məhkəmə etirazı baxılmamış saxlayıb. Daha sonra zərərçəkmiş Sənubər Muradova ifadə verib. O bildirib […]

1 min read

Daha bir tiktoker 10 sutkalıq həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib.  Canlixeber.com xəbər verir ki, “TikTok”da “Çevik” ləqəbi ilə tanınan Bağırov Məqsəd Məcid oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. O, sosial media vasitəsi ilə Radikal Dini təbliğat və Ateismə qarşı çağırışlar etməsi tanınır. Qəbələ Rayon Polis İdarəsi tərəfindən […]

1 min read

Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi

Ağsu rayonunda “Tik-tok” sosial şəbəkəsində canlı yayımda qeyri-etik ifadələr səsləndirən 25 yaşlı qadın müəyyən edilib. Canlixeber.com xəbər verir ki, 2001-ci il təvəllüdlü N. B. özünə məxsus səhifəsində nalayiq küçə söyüşləri söyüb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib. Ağsu Rayon Məhkəməsinin qərarı ilə o, 500 manat miqdarında cərimə edilib.

1 min read

”TikTok”da qeyri-etik ifadələr işlədən şəxs həbs olunub

“TikTok” sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadlər işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Canlixeber.com xəbər verir ki, Sabirabad rayon sakini 1999-cu il təvəllüdlü Mirabbas Xuduzadə “TikTok” platformasında canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir xarakterli ifadələr səsləndirib. O, müvafiq qərarla inzibati qaydada həbs edilib.