Xəbər lenti
Sonuncu xəbərlər
Meteor yağışı olacaq
“Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir”. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla […]
Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlandı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Gəncə-Daşkəsən regional bölməsi tərəfindən Gəncə şəhəri, Əli Məmmədov küçəsi ev 1 ünvanında vətəndaş Mustafayev Telman Şükür oğluna məxsus fərdi yaşayış evində keçirilən yoxlama zamanı qanunsuz fəaliyyət göstərən toyuq emalı sexi aşkarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, obyektdə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına riayət edilmədən toyuq […]
Tərtərdə avtomobil qəzasında 5 nəfər xəsarət alıb
Tərtərdə baş verən avtomobil qəzasında 5 nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, qəza hadisəsi Bərdə- Ağdam yolunun Tərtər rayonunun ərazisindən keçən hissəsində baş verib. Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik maşını Ağdam -Mingəçevir xətti üzrə hərəkət edən “Ford” markalı mikroavtobusla toqquşub. Nəticədə “Ford ” markalı mikroavtobusda olan sərnişinlərdən 5 nəfəri xəsarət alıb. Yaralılar […]
Futzal üzrə hakim-inspektor Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
AFFA Hakimlər Komitəsinin üzvü, futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb. Canlixeber.com xəbər verir ki, o, DÇ-2028-in əsas mərhələsində keçiriləcək Moldova – Fransa oyununda hakimlərin işinə qiymət verəcək. Qarşılaşma oktyabrın 20-də, Bakı vaxtı ilə saat 20:30-da Moldovada baş tutacaq.
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 92 nəfərin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma […]
NTD ABŞ-dən olan basketbolçu Cey-Kuan Yuinqi heyətinə qatıb
NTD ABŞ-dən olan basketbolçu Cey-Kuan Yuinqi heyətinə qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubdan məlumat verilib. 25 yaşlı oyunçu ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. Mərkəz və ağır hücumçu mövqelərində çıxış edən Cey-Kuan Yuinq ötən mövsümü ABŞ-də “Saint Peter”s Peacocks” komandasında keçirib.
Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var
Ağstafa rayonunda məktəbdə dava olub. Canlixeber.com xəbər verir ki, bu barədə Ağstafa Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumata görə, hadisə Ağstafa 1 saylı tam orta məktəbdə baş verib. Məktəbin ibtidai sinif müəllimi Pərvanə Məmmədova xəsarətlə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müəllimin dediyinə görə, o, məktəbin digər ibtidai sinif müəllimi Sevinc Əhmədova tərəfindən döyülüb. Hadisəyə […]
İlham Əliyev Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Si Cinpini təbrik edib
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib. Canlixeber.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Sədr, 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Çin Xalq […]
Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. Canlixeber.com xəbər verir ki, yeni agentliyin yaradılması ölkədə sahibkarlığın inkişafı, investisiyaların cəlb edilməsi və qeyri-neft ixracının təşviqi sahəsində dövlət siyasətinin daha çevik […]
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb. Canlixeber.com həmin müraciətin tam mətini təqdim edir: “Sizi səmimi-qəlbdən salamlayır və AQEM Media Forumunun Bakı şəhərində işə başlaması münasibətilə təbrik edirəm. Azərbaycana xoş gəlmisiniz! Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, […]
