1 min read

Ağdamda iki avtomobil toqquşub, dörd nəfər yaralanıb

Ağdam rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Belə ki, iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində Nahid Vahid oğlu Məmmədov, 1986-cı il təvəllüdlü Anar Qüdrət oğlu Yusifov, Coşqun Allahverdi oğlu Abbasov və Mehman Ərşad oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri […]

1 min read

Şirvan kanalında 23 yaşlı gənc batıb

İsmayıllı sakini kanalda boğulub. Canlixeber.com xəbər verir ki, boğulan 2003-cü il təvəllüdlü Rəvan Məhərrəmov İsmayıllı rayonu, Qubaxəlilli kənd sakinidir. O, Şirvan kanalının Qubaxəlilli kəndi ilə Kürdəmirin birləşən hissəsində batıb. Oun meyiti batdığı ərazidən FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin köməyi ilə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

1 min read

Bəzi dağ çaylarından daşqın və sel keçəcək, subasma halları etimal olunur – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyunun 27-si axşamdan 28-i səhərədək gözlənilən yağış leysan xarakterli intensiv olacaq, şimşək çaxacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə saatlarında yağışın qısa müddətə güclənəcəyi ehtimalı var. “İyunun 28-də havanın nisbətən sərin keçəcəyi gözlənilir. Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin iyunun […]

1 min read

Sabunçuda oğurluq edən şəxslər saxlanıldı

Sabunçu rayonu ərazisində oğurluq faktı qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu bərədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, zərərçəkmiş şəxs polisə müraciət edərək 2700 manat maddi vəsaitinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Əmrahlı və E.Əhmədov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar davam etdirilir.

1 min read

Naxçıvanda 18 yaşlı qızı maşın VURDU

Naxçıvanda 18 yaşlı qızı avtomobil vurub. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Həsən Əliyev küçəsində baş verib. Belə ki, avtomobil Şərur rayon sakini, 2008-ci il təvəllüdlü Günay Elçin qızı Zülfüqarzadəni vurub. Xəsarət alan piyada Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır.

1 min read

Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib

“Araz-Naxçıvan”ın İdarə Heyətinin iclası keçirilib. Canlixeber.com xəbər verir ki, toplantıda klubun yeni mövsümə hazırlığı, akademiya komandalarının yenidən formalaşdırılması, əsas komandanın transfer çalışmaları müzakirə olunub. İdarə Heyətinin qərarına əsasən, Ceyhun Sultanov klubun prezidenti vəzifəsinə təyin edilib. Qeyd edək ki, futbolçu kimi “Fərid”, “Neftçi”, “Dinamo” (Bakı), “Bakı”, “Xəzər-Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Qəbələ”, həmçinin İranın “Maşınsazi” klublarında çıxış edən […]

1 min read

Bakıda binalardan elektrik naqilləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

Bakının Yasamal rayonu ərazisində yerləşən bir neçə binadan elektrik naqilləri oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədəDaxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı N.Bayramov və 35 yaşlı R.Xancanov müəyyən olunaraq saxlanılıblar. Araşdırma zamanı bu şəxslərin taladıqları elektrik naqillərini əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub. […]

1 min read

Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib

Xuliqanlıq və dələduzluqda təqsirləndirilərək həbs olunan vəkil Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib. Canlixeber.com xəbər verir ki, iş araşdırılması üçün Gəncə Şəhər Məhkəməsində hakim Ülkər Babazadənin icraatına verilib. Qeyd edək ki, Zabil Qəhrəmanov ötən ilin oktyabrında saxlanılıb. Gəncə Şəhər Məhkəməsinin qərarına əsasən, barəsində həbs qətimkan tədbiri seçilib. Ona cinayət işi Gəncə Şəhər Baş Polis İdarəsində […]

1 min read

Abşeronda ötən gün 122 motoxuliqan saxlanılıb

Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən ötən gün keçirilən növbəti tədbir zamanı sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan və sürücülük hüququ olmayan 122 motoxuliqan saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirlər zamanı nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edən, əlavə işıq və səsboğucu qurğular […]

1 min read

Ağsuda narkotik plantasiyası aşkar edildi

Ağsuda dağlıq ərazidə narkotik plantasiyası aşkar edilib. Canlixeber.com xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində əməliyyat keçiriblər. Əməliyyat zamanı narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 37 yaşlı Sübhan Baxşıyev saxlanılıb. Onun dağlıq ərazidə əkdiyi 59 ədəd çətənə kolu aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib. […]