Ölüm hadisəsi
Balakəndə ana və oğlunun həlak olduğu qəzada ata da öldü
Balakən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan daha bir nəfər ölüb. Canlixeber.com xəbər verir ki, hadisə nəticəsində “Toyota” markalı avtomobildə olan sərnişin 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Xatırladaq ki, dünən Balakən rayonunun Katex kəndi ərazisində “Hyundai”, KIA və “Toyota” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1974-cü […]
Şəmkirdə qaynaqçını cərəyan vurub öldürdü
Şəmkir rayonunda qaynaqçı ehtiyatsızlıqdan ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Seyfəli kəndinin ərazisində baş verib. Kənd sakini 1964-cü il təvəllüdlü Əli Hümbət oğlu Abdıyev qaynaq işi görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
İmişlidə balıqçı Araz çayında boğuldu
İmişli rayonunda 29 yaşlı kişi balıq tutarkən boğulub. Canlixeber.com xəbər verir ki, hadisə Araz çayının rayonun Göbəktala kəndinin ərazisindən keçən hissəsində baş verib. Şəhər sakini 1997-ci il təvəllüdlü Elgün Vahid oğlu Həsənov çayda balıq tutarkən ehtiyatsızlıqdan çaya yıxılıb. O, çayda boğulub ölüb. E.Həsənovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Çimərlikdən meyit tapıldı
Bakıda çimərlikdə meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 10-u saat 01 radələrində Sabunçu rayonu Bilgəh qəsəbəsinin ərazisində yerləşən çimərlikdə baş verib. Həmin çimərlikdə 35-40 yaşlarında naməlum kişi meyiti tapılıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Sumqayıtda 61 yaşlı kişi avtomobilində vəfat etdi
Sumqayıtda 61 yaşlı kişi avtomobildə qəflətən dünyasını dəyişib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Qurd dərəsi ərazisində qeydə alınıb. Belə ki,1965-ci il təvəllüdlü Bayramov Çingiz Həmdulla oğlu özünə məxsus “BYD” markalı avtomobili idarə edərkən qəflətən halı pisləşib və vəfat edib. Onun ölüm səbəbi araşdırılır.
Sumqayıtda zavodda FACİƏ: 19 yaşlı oğlan öldü
Sumqayıt şəhərində zavodda ölüm hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 9-u saat 16 radələrində şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Elnur Vidadi oğlu İsmayılzadə qəsəbə ərazisində usta köməkçisi işlədiyi zavodun dam örtüyünü dəyişən zaman yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş E.İsmayılzadə ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Balakəndə üç avtomobil toqquşdu: Ölənlər və xəsarət alanlar var
Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında Balakən şəhəri ərazisində baş verib. məlumata görə, hadisə nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü, Balakən rayon Katex kənd sakini Məryəm Kamil qızı Hoorsova və “Toyota”da olan sərnişin, Balakən rayonunun Sarıbulaq kənd sakini Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində ölüblər. […]
Sabirabadda 59 yaşlı kişini cərəyan vurub öldürdü
Sabirabad rayonunda 59 yaşlı kişini elektrik cərəyanı vurub. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisindəki fərdi yaşayış evinin həyətində baş verib. Rayon sakini, 1967-ci il təvəllüdlü Rafət Sabir oğlu Xancanovu həyətində işləyərkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırmalar aparılır.
Şəmkirdə 62 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Şəmkirdə bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Ə.Abdıyev elektrik dirəyindən işləyərkən onu cərəyan vurub. 62 yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Görkəmli şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid sosial şəbəkə hesabında bildirib. “İndicə eşitdiyim acı xəbərdən kədərləndim. Görkəmli şair, əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edib. Ədəbiyyatımız və mədəniyyətimiz üçün ağır itkidir. Allah rəhmət eləsin! Oğlanlarına, yaxınlarına, bütün poeziyasevərlərə dərin hüznlə başsağlığımı […]
