Ölüm hadisəsi
İsmayıllıda ağır qəza: Ölən və yaralılar var
İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 21-də saat 13 radələrində İvanovka-Qalagah-Göyçay yolunun 13-cü kilometrində Uştal kənd ərazisindən keçən hissədə qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü İsmayıl Rafiq oğlu Mahmudovun idarə etdiyi “Ford” markalı avtomaşınla 1969-cu il təvəllüdlü Elxan Hüseyn oğlu Nağıyevin idarə etdiyi VAZ-2106 avtomobili toqquşub. Nəticədə, VAZ-dakı […]
Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Mehman Həsən oğlu Baytev yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəstəxanaya çatdırılan M.Baytevə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Yevlaxda kanalda batan 26 yaşlı kişinin meyiti tapılıb
Yevlax rayonunda Yuxarı Qarabağ kanalında batan 26 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, kanalın rayonun Malbinəsi kəndi ərazisində batan 2000-ci il təvəllüdlü Mahir Oruc oğlu Nadirovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma davam etdirilir.
FHN: Ötən sutka 2 xilasetmə əməliyyatı aparılıb
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı və Gəncə şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq olaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Həyata keçirilən tədbirlər […]
Gəncədə məktəblinin meyiti tapıldı
Gəncədə 17 yaşlı yeniyetmənin yaşadığı evdə meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, 2009-cu il təvəllüdlü Ə. Novruzovun meyiti yaşadığı Məhsəti qəsəbəsindəki evində tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Məlumat üçün bildirək ki, Ə. Novruzov 11-ci sinif şagirdi olub. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Evdən qadın meyiti tapıldı
Şəmkirdə meyit tapılıb. Canlixeber.com xəbər verir ki, rayon sakini 1967-ci il təvəllüdlü G.Mehdixanovanın meyti yaşadığı evdən aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölüm səbəbləri məlum deyil. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Yasamalda küçədə bıçaqlanan şəxs həyatını itirdi
Bakıda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Yasamal rayonunda, “Nizami” metro stansiyası yaxınlığında qeydə alınıb. İlkin məlumatlara görə, sözügedən şəxs ürək nahiyəsindən bıçaqlanıb və aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisədən dərhal sonra Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası çağırılsa da, onların vaxtında gəlmədiyi iddia olunub.
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Lerik Rayon Təhsil Sektorunun müdiri Zöhrab Salayev 65 yaşında vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar. Onun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil. Qeyd edək ki, Zöhrab Salayev 1960-cı ildə Lerik rayonunun Rvarud kəndində anadan olub. O, 2012-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.
70 yaşlı kişi hoteldə öldü
Beyləqanda hoteldə ölüm hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 18-nə keçən gecə olub. Səhər saat 08 radələrində 1956-cı il təvəllüdlü Gəncə şəhər sakini Adil Fərhad oğlu Quliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti hoteldə tapılıb. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
Türkiyədə ağır zəncirvari QƏZA: Həlak olanlardan biri azərbaycanlı sürücüdür
Türkiyənin Manisa vilayətinin Kula rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərdən biri Azərbaycan vətəndaşıdır. Canlixeber.com xəbər verir ki, yük avtomobilinin sürücüsü Nadir Salmanov əslən azərbaycanlı olub. Onun idarə etdiyi kimyəvi maddə daşıyan 99-ZC-168 nömrə nişanlı yük avtomobili Rüstəm Begenin sürdüyü nəqliyyat vasitəsinə arxadan çırpılıb. Ardınca hər iki avtomobil Osman Aktaşın idarə etdiyi digər yük […]
