Şəmkirdə 62 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
1 min read

Şəmkirdə 62 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Şəmkirdə bədbəxt hadisə baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Ə.Abdıyev elektrik dirəyindən işləyərkən onu cərəyan vurub. 62 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.