Ölüm hadisəsi
Cansever vəfat etdi
Müğənni Cansever vəfat edib. Canlixeber.com xəbər verir ki, Arabesk musiqisinin məşhur nümayəndələrindən olan sənətçi 59 yaşında dünyasını dəyişib. Şimali Makedoniya əsilli ifaçı uzunsürən xərçəng xəstəliyindən sonra müalicə aldığı xəstəxanada həyatını itirib. Cansever “Ağla gözbebeğim”, “Sen de gittin” və “Kime bu inat” kimi mahnılarla məşhurlaşıb.
Goranboyda evdən 18 yaşlı gənc qızın meyiti tapılıb
Goranboyda evdən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Sarov kəndində qeydə alınıb. Belə ki, rayon sakini 2008-ci il təvəllüdlü Z. Qurbanovanın meyiti yaşadığı evdə aşkarlanıb. Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölümün səbəbləri hələlik məlum deyil. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda […]
Ucarda avtomobilin vurduğu velosipedçi ölüb
Ucarda yol-nəqliyyat hadisəsi olub, ölən var. Canlixeber.com xəbər verir ki, hadisə gecə saatlarında Bakı- Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib. Belə ki, Bərdə rayon sakini, 1992-ci il təvəllüdlü Rusif İsmayıl oğlu Mehralıyev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə velosipedçini vurub. Aldığı ağır xəsarətlərdən velosipedçi hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma […]
Sabirabadda məktəbli qızın meyiti tapıldı
Sabirabad rayonunda yeniyetmə qızın meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 7-si saat 17 radələrində Çığırğan kəndində baş verib. Kənd sakini 2010-cu il təvəllüdlü G.M.-in meyiti yaşadığı evin həyətində aşkar edilib. Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Şəmkirdə kişi sükan arxasında ÖLDÜ
Şəmkirdə kişi sükan arxasında ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Şəmkir şəhər sakini 58 yaşlı Natiq Əlirza oğlu Əsgərov idarə etdiyi “VAZ-21074” markalı avtomobildə ürək çatışmazlığından ölüb. Nəticədə nəqliyyat vasitəsi səkinin üzərinə çıxıb.
Beyləqanda daha bir nəfər kanalda çimərkən boğulub.
Beyləqanda daha bir nəfər kanalda çimərkən boğulub. Canlixeber.com xəbər verir ki, rayonun Gödəklər kənd sakini, 15 yaşlı Murad Ramil oğlu Əmrahlı həmyaşıdları ilə rayonun Bünyatlı kəndi ərazisində çimərkən su kanalında batıb. Hadisə şahidlərinin bildirdiyinə görə, batan şəxsin meyiti sakinlərin köməyi ilə sudan çıxarılaraq ailəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, bu gün […]
Qaxda evdən meyit tapıldı
Qaxda evdən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Qaxbaş kəndində qeydə alınıb. Bakı şəhər sakini 72 yaşlı Çingiz Musa oğlu Hümbətov evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Araşdırma aparılır.
Qobustanda avtomobil işıq dirəyinə çırpılıb, ölən var
Qobustan rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb. “Hyundai” markalı avtomobilin idarəetmədən çıxaraq işıq dirəyinə çırpılması nəticəsində sürücü, 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş
Avqustun 6-na keçən gecə Gəncənin Poçt qəsəbəsində yerləşən restoranların birində baş verən kütləvi dava zamanı 1983-cü il təvəllüdlü Azər Arzu oğlu Yusifov qətlə yetirilib. Canlixeber.com xəbər verir ki, öldürülən şəxs Gəncə və ətraf rayonlarda tanınmış vəkil olan Araz Yusifovun qardaşı imiş. Məlum olub ki, Azər Yusifov restoranda dava salan bir qrup gənci ayırmağa çalışarkən bıçaq […]
Seymur Məmmədovun əməliyyat etdiyi daha bir qadın öldü
Bakı şəhər Nəsimi rayonu ərazisində yerləşən “Kəpəz” Hospitalda ölüm hadisəsi baş verib. Canlixeber.com Qafqazinfo.az-a istinadla xəbər verir ki, Almaniya vətəndaşı olan türkəsilli Tulin Turp dünən tibb müəssisəsində keçirdiyi plastik əməliyyatdan sonra vəfat edib. Bildirilib ki, Tulin Turp klinikada estetik cərrah Seymur Məmmədov tərəfindən əməliyyat edilib və səhhətinin kəskin pisləşməsi səbəbindən həyatını itirib. Qeyd edək ki, […]
