Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Görkəmli şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edib.
Canlixeber.com xəbər verir ki, bu barədə Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid sosial şəbəkə hesabında bildirib.
“İndicə eşitdiyim acı xəbərdən kədərləndim. Görkəmli şair, əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edib. Ədəbiyyatımız və mədəniyyətimiz üçün ağır itkidir. Allah rəhmət eləsin! Oğlanlarına, yaxınlarına, bütün poeziyasevərlərə dərin hüznlə başsağlığımı bildirirəm. Ədəbiyyatımız və mədəniyyətimiz üçün ağır itkidir. Allah rəhmət eləsin!”, – o qeyd edib.
