İmişli
İmişlidə şin partlayıb, usta xəsarət alıb
İmişli rayonunda şin partlayışı zamanı ustanın xəsarət alması ilə nəticələnən hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Məzrəli kəndində qeydə alınıb. Belə ki, qoşqulu yük maşınının şininin təmiri zamanı qəfil partlayış baş verib. Nəticədə təmir işlərini həyata keçirən usta xəsarət alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
İmişli rayonunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Xubyarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Tural Xəlilovun idarə etdiyi “VAZ” markalı avtomobil digər avtomobillə toqquşub, daha sonra isə yoldan çıxıb. Qəza nəticəsində “VAZ”ın sürücüsü xəsarət alıb, avtomobildə olan […]
İmişlidə 10 kiloqram narkotik vasitə aşkarlanıb
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 40 yaşlı X.Nurməmmədova saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Ondan 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İmişlidə yanğın törədən şəxs saxlanılıb
İmişlidə yanğın törədən şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, İmişli rayonunun Cəfərli kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmalarla yanğının kənd sakini T.Ələsgərli tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində ərazidə quru otlaq sahəsi yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.
İmişlidə balıqçı Araz çayında boğuldu
İmişli rayonunda 29 yaşlı kişi balıq tutarkən boğulub. Canlixeber.com xəbər verir ki, hadisə Araz çayının rayonun Göbəktala kəndinin ərazisindən keçən hissəsində baş verib. Şəhər sakini 1997-ci il təvəllüdlü Elgün Vahid oğlu Həsənov çayda balıq tutarkən ehtiyatsızlıqdan çaya yıxılıb. O, çayda boğulub ölüb. E.Həsənovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
“Mercedes” işıq dirəyinə çırpılıb – 3 nəfər xəsarət aldı
İmişli şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə ötən gecə şəhərin Seymur Əzizalıyev küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində Səfər Əzizov, Rüqayə Əzizova və Şahbəyim Əzizova müxtəlif xəsarətlər alıblar. Yaralılar İmişli […]
İmişlidə 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb
İmişli rayonunda bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Rəsullu kəndində qeydə alınıb. Kənd sakini, 2021-ci il təvəllüdlü Ö.Xəlilovun idarə etdiyi velosiped hərəkətdə olan zaman traktora çırpılıb. Nəticədə azyaşlı traktorun altında qalaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
İmişlidə çətənə kolları yetişdirən şəxs saxlanıldı
İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 49 yaşlı Rafiq Səmədov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Onun yaşadığı ünvana baxış zamanı aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi 65 ədəd çətənə kolu aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı […]
Arazda batan 11-ci sinif şagirdinin meyiti tapılıb
Araz çayının İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində batan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun meyiti tapılıb. Canlixeber.com bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Qeyd olunub ki, T.Mirişlinin meyiti FHN-in dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, hadisə iyunun 7-si axşam […]
İmişlidə 11-ci sinif şagirdi Araz çayında batıb
İmişli rayonunda 11-ci sinif şagirdinin Araz çayında boğulması ilə nəticələnən hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə axşam saatlarında Araz çayının İmişli rayonunun Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb. T.Mirişov çaya düşüb və boğulub. Hazırda axtarışlar davam etdirilir.
