1 min read

Hacıqabulda avtomobilin vurduğu piyada ölüb

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Şirvan şəhər sakini 1966-cı il təvəllüdlü Hüseynov Valeh Hidayət oğlunu yol keçən zaman avtomobil vurub. Ağır bədən xəsarətləri alan yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada […]

4 mins read

Çimərlik mövsümü başlayandan 51 nəfər suda boğulub

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən bu ilin ötən dövrü ərzində suda boğulma təhlükəsi ilə üzləşən 60 nəfəri çimərlik mövsümündə olmaqla ümumilikdə 66 nəfər xilas edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd edilib ki, xidməti nəzarət edilən ərazilərdə ölümlə nəticələnən sudabatma hadisəsi qeydə alınmayıb. Həmçinin, […]

1 min read

Yevlaxda qəzada ölənlər qardaşdırlar – TƏFƏRRÜAT

Yevlaxda iki nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb. Canlixeber.com xəbər verir ki, Mingəçevir-Aran-Bəhrəmtəpə avtomobil yolunun Salahlı kəndindən keçən hissəsində Aqşin Eldəniz oğlu Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil Yevlax rayonu Salahlı kəndi istiqamətində hərəkətdə olarkən Akif Əli oğlu Hacıyevin idarə etdiyi “NAZ Lifan” markalı avtomobillə toqquşub. Nəticədə Akif Əli oğlu Hacıyev və həmin […]

1 min read

Kür çayında batan 21 yaşlı oğlanın MEYİTİ TAPILDI

Avqustun 12-də Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü Təhməz Natiq oğlu Abdullayevin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 1.5 km aralı suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 min read

Ucara qardaşıgilə gələn qadın zəhərlənib öldü

Ucar rayonunda 40 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayon mərkəzindəki mənzillərdən birində baş verib. Zərdab rayon sakini 1986-cı il təvəllüdlü Vüsalə Namət qızı İmanova qardaşının evinə qonaq gəlib. O, sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Balakəndə ana və oğlunun həlak olduğu qəzada ata da öldü

Balakən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan daha bir nəfər ölüb. Canlixeber.com xəbər verir ki, hadisə nəticəsində “Toyota” markalı avtomobildə olan sərnişin 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Xatırladaq ki, dünən Balakən rayonunun Katex kəndi ərazisində “Hyundai”, KIA və “Toyota” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1974-cü […]

1 min read

Şəmkirdə qaynaqçını cərəyan vurub öldürdü

Şəmkir rayonunda qaynaqçı ehtiyatsızlıqdan ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Seyfəli kəndinin ərazisində baş verib. Kənd sakini 1964-cü il təvəllüdlü Əli Hümbət oğlu Abdıyev qaynaq işi görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.