1 min read

Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək öldü

Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək ölüb. Canlixeber.com verir ki, hadisə 18-ci məhəllədə qeydə alınıb. Belə ki, yaşadığı evdə dərman qəbul edən 1978-ci il təvəllüdlü Aslan Mustafa oğlu Əhmədov halı pisləşdiyi üçün zəhərlənmə diaqnozu ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. O, reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq həyatını itirib. Faktla bağlı […]

1 min read

“Sumqayıt” braziliyalı qolkiperlə gücləndi

“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, klub portuqaliyalı qapıçı Jeymes Almeydanın transferini açıqlayıb. 25 yaşlı qolkiperlə 2+1 illik müqavilə imzalanıb. O, yeni komandasında “1” nömrəli formada çıxış edəcək. Qeyd edək ki, Jeymes Almeyda Braziliyanın “Santos” klubunun yetirməsidir. Qapıçı karyerası ərzində Portuqaliyanın “Pasuş Fereyra” və “Montaleqre” klublarında forma geyinib.

1 min read

Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq ölüb

Bakının Binəqədi rayonunda bədbəxt hadisə ölümə səbəb olub. Canlixeber.com xəbər verir ki, hadisə M. Rəsulzadə qəsəbəsinin İlham Hacıyev küçəsində qeydə alınıb. 1936-cı il təvəllüdlü Tofiq Bəşir oğlu Rüstəmov yaşadığı evdə turnikdə məşq edərkən yıxılıb. Ağır xəsarətlər alan yaşlı kişi təcili olaraq Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. T.Rüstəmov […]

1 min read

Bakıda taksi qəzaya düşüb: 3 iranlı tələbə və azyaşlı xəsarət alıb

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər xəsarət alıb.Canlixeber.com xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində qeydə alınıb. Məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi “Toyota” markalı avtomobilə digər nəqliyyat vasitəsi çırpılıb. Qəza zamanı taksidə olan sərnişinlər – İran vətəndaşları Məryəm Afşari, Ayda Musa, Şakila Şafari və 2017-ci il […]

1 min read

Bakıda inək 64 yaşlı kişiyə hücum edib, vəziyyəti ağırdır

Bakının Nərimanov rayonunda 64 yaşlı kişi inəyin hücumuna məruz qalaraq ağır xəsarətlər alıb. Canlixeber.com verir ki, hadisə Müzəffər Nərimanov küçəsində qeydə alınıb. 1962-ci il təvəllüdlü Füzuli İmamverdi oğlu Əliyev yaşadığı küçədə inəyin hücumuna məruz qalıb. Nəticədə o, burun və qol sümüyünün sınığı, həmçinin qapalı kəllə-beyin travması alıb. Yaralı təcili olaraq xəstəxanaya çatdırılıb və müalicəyə götürülüb. […]

1 min read

Azərbaycan XİN ABŞ-ni təbrik edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ni Müstəqillik Günü və Birləşmiş Ştatların 250 illiyi münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bununla bağlı XİN-in “X”dəki hesabında paylaşım olunub. “Amerika Birləşmiş Ştatları Müstəqillik Gününü qeyd etdiyi və müstəqilliyinin 250 illiyini qeyd etdiyi bir vaxtda, bu tarixi hadisə münasibətilə Amerika xalqını səmimi qəlbdən təbrik edirik. 4 İyul bayramınız […]

1 min read

Bu gün hava necə olacaq?

İyulun 4-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-34° isti olacaq. Nisbi rütubət gecə 75-80%, gündüz 50-55% təşkil edəcək. Azərbaycanın şimal və […]

1 min read

Cavid Hüseynovun “Araz-Naxçıvan”da köməkçiləri bəlli oldu

“Araz-Naxçıvan” klubunda baş məşqçi Cavid Hüseynovun köməkçiləri müəyyənləşib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssisə məşqçi kimi Vadar Nuriyev, Ceyhun Rzayev, Şahin Hüseynov (qapıçı məşqçi), Toğrul Bilallı (fiziki hazırlıq) və Şərif Hüseynov kömək edəcəklər. Məşqçilərlə 1 illik müqavilə imzalanıb.