2 mins read

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. Canlixeber.com xəbər verir ki, Lord Anas Sarvar Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemin məktubunu dövlətimizin başçısına təqdim […]

1 min read

İlham Əliyev: “İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik”

“Azərbaycanı inkişaf etməkdə olan kiçik ada dövlətlərindən minlərlə kilometr məsafə ayırsa da, bizi iqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üçün ortaq qətiyyət birləşdirir”. Canlixeber.com xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Ficidə keçirilən 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciətində yer alıb. “Biz həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olmuşuq və dayanıqlı […]

1 min read

Prezident: “Biz COP29 sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik”

“Biz COP29 sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik və onların problemlərini beynəlxalq aləmin diqqət mərkəzində saxlamağa çalışdıq”. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Ficidə keçirilən 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb. Dövlətimizin başçısı müraciətində xatırladıb ki, COP29-dan əvvəl Baham adaları, Tonqa […]

8 mins read

Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. Canlixeber.com xəbər verir ki, müraciətdə deyilir: “Zati-aliləri, Xanımlar və cənablar, Qlobal ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən bu unikal Pre-COP Liderlər Tədbirini təşkil etdiklərinə görə Fici, Tuvalu və Avstraliya hökumətlərinə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. COP29-a uğurla ev sahibliyi etmiş ölkə olaraq, […]

1 min read

“Sabah” FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə ilk oyununa çıxacaq

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə ilk oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı birinci qarşılaşmasını Litvada “Ritas”a qarşı keçirəcək. Görüş bu gün, Bakı vaxtı ilə saat 20:30-da “Vilnüs Arena”da start götürəcək. Xatırladaq ki, A qrupunda Fransanın “Nanter 92” və Türkiyənin “Trabzonspor” klubları da yer alıblar.

1 min read

Elmar Məmmədyarovun bağı ilə bağlı QALMAQAL

Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun Mərdəkanda yerləşən 0.24 hektarlıq bağ sahəsilə əlaqədar qalmaqal yaranıb. Canlixeber.com Gununsesi.info-ya istinadla bildirir ki, Anar Həsənov adlı şəxs bu bağ sahəsinin onun ailəsinə məxsus olduğunu iddia edir. Onun iddiasına görə, Mərdəkan qəsəbəsində yerləşən 0,12 hektar bağ sahəsi 1988-ci ildə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə atasına […]

1 min read

Azərbaycana məğlubiyyətə görə istefa verdi

Litva yığmasının baş məşqçisi Edqaras Yankauskas istefa verib. Canlixeber.com xəbər verir ki, buna səbəb onun rəhbərlik etdiyi yığmanın Millətlər Liqasında Azərbaycana 0:1 hesablı məğlubiyyəti olub. Federasiya rəhbərliyi ilə görüşdən sonra Yankauskas vəzifəsindən ayrılıb. Qeyd edək ki, çalışdırıcı 1 fevral 2023-cü ildən bu vəzifəni icra edirdi.

1 min read

Azərbaycanda ötən ay 110 aptekdə yoxlama aparılıb, 26-da nöqsan aşkarlanıb

Azərbaycanda sentyabr ayı ərzində ümumilikdə 110 aptekdə yoxlama həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib. Bildirilib ki, yoxlamalardan 1-i Bakı şəhərində, 109-u isə ölkənin digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb. Yoxlamaların 105-i planlı, 5-i plandankənar olub. Aparılmış yoxlamalar nəticəsində 26 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Bu hallarla bağlı […]

1 min read

“Gündəlik Bakı” qəzetinin baş redaktoru barəsində qərar verilib

“Gündəlik Bakı” qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevlə bağlı hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Xatırladaq ki, Habil Vəliyev Bakı Ağır […]

1 min read

TBMM sədr müavini xəstəliyi ilə əlaqədar istefa verib

Türkiyənin keçmiş ədliyyə naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini Bekir Bozdağ vəzifəsindən istefa verib. Canlixeber.com xəbər verir ki, bu barədə “Halk TV” məlumat yayıb. Hazırda Şanlıurfa millət vəkili olan Bekir Bozdağın xərçəng xəstəliyindən müalicə aldığı bildirilib.