Ağsu
Ağsuda 40 yaşlı kişi qayınanasını döydü
Ağsuda kişi qayınanasını döyüb. Canlixeber.com xəbər verir ki, hadisə Ağsu şəhəri ərazisində baş verib. Şəhər sakini, 1986-cı il təvəllüdlü İslam Azadov (ad və soyad şərtidir – red.) evində həyat yoldaşı ilə mübahisə edib. Həyat yoldaşı anasına zəng vuraraq İslamın evdə dava saldığını bildirib. Qadın gecə vaxtı onlara gələrək, kürəkəni ilə mübahisə edib və qızını da […]
Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı
Ağsu rayonunda meşədə yanğın törədən şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 28-də Ağsu rayonunun Kalva kəndi ərazisində baş verib. Kənd ərazisində ərazisində yerləşən fermanın həyətində yanğın baş verib və yaxınlıqdakı meşə sahəsinə keçib. Nəticədə 30 hektar ərazidə ağac və kol-kos yanıb. Polis əməkdaşları tərəfindən ehtiyatsızlıqdan yanğın törədən 1 nəfər müəyyən olunaraq saxlanılıb. Faktla […]
Azərbaycanda həkim VƏFAT ETDİ
Ağsu Rayon Mərkəzi Xəstəxanasının həkimi Nazim Qasımov vəfat edib. Canlixeber.com xəbər verir ki, mərhum uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. Bildirilib ki, o xəstəxanada həkim-pediatr vəzifəsində çalışıb.
Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olunub
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlarla narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Amil Nağıyev saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, onun yaşadığı ünvandan çətənə kolları aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib. Faktla bağlı cinayət […]
Ağsuda narkotik plantasiyası aşkar edildi
Ağsuda dağlıq ərazidə narkotik plantasiyası aşkar edilib. Canlixeber.com xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində əməliyyat keçiriblər. Əməliyyat zamanı narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 37 yaşlı Sübhan Baxşıyev saxlanılıb. Onun dağlıq ərazidə əkdiyi 59 ədəd çətənə kolu aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib. […]
