Xəbər lenti
Sonuncu xəbərlər
Fizika üzrə Nobel mükafatı laureatı məlum olub
Fizika üzrə Nobel mükafatı laureatının adı məlum olub. Canlixeber.com xəbər verir ki, builki mükafatı Francis Halzen qazanıb. O bu mükafata “IceCube” Neytrino Rəsədxanasına həlledici töhfələrinə və astrofizik mənşəli yüksək enerjili neytrinoların kəşfinə görə layiq görülüb. Məlumat üçün bildirək ki, Francis Halzen 1944-cü ildə Belçikanın Brügge şəhərində anadan olub. Fizik uzun illərdir, Viskonsin-Medison Universitetində hissəcik fizikası, […]
Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu
Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevlə bağlı hadisə Ermənistanın hərbi qurumlarında istefaların başlamasına səbəb olub. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb. “Hadisədən bir neçə gün sonra ilk istefa baş verdi – Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, general-mayor David Sanamyan vəzifəsindən ayrıldı. Onun məsuliyyət zonasına qismən Milli Təhlükəsizlik Xidməti Sərhəd […]
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
Səhiyyə sahəsində 30 ildən artıq təcrübəyə malik Oqtay İsmət oğlu Gözəlov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru təyin edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb. Bildirilib ki, O.Gözəlov peşəkar fəaliyyətinə həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib. Beynəlxalq Qızıl Xaç Komitəsi, “Sərhədsiz Həkimlər” […]
Naftalanda oteldə Özbəkistan vətəndaşının meyiti tapılıb
Naftalan şəhərində sanatoriyaya istirahətə gəlmiş Özbəkistan vətəndaşının meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, “Qarabağ Otel Resort SPA” sanatoriyasında 1957-ci il təvəllüdlü Zufarof Cahangir Mahmudoviçin meyiti aşkar edilib. İlkin məlumata görə, meyitin üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib. 69 yaşlı kişinin ölüm səbəbi ilə bağlı prokurorluqda araşdırma başlanılıb.
Ağsuda 40 yaşlı kişi qayınanasını döydü
Ağsuda kişi qayınanasını döyüb. Canlixeber.com xəbər verir ki, hadisə Ağsu şəhəri ərazisində baş verib. Şəhər sakini, 1986-cı il təvəllüdlü İslam Azadov (ad və soyad şərtidir – red.) evində həyat yoldaşı ilə mübahisə edib. Həyat yoldaşı anasına zəng vuraraq İslamın evdə dava saldığını bildirib. Qadın gecə vaxtı onlara gələrək, kürəkəni ilə mübahisə edib və qızını da […]
Baş nazir: Ermənistan-Türkiyə sərhədi açılacaq
“Yaxın gələcəkdə TRIPP layihəsinin inkişafına paralel olaraq, Ermənistan-Türkiyə sərhədinin və Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə dəmir yolunun açılmasını gözləyirik”. Canlixeber.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Ermənistan-Birləşmiş Krallıq Biznes Forumunda bildirib. “Qeyd etmək vacibdir ki, TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində Bəsrə körfəzi ilə Qara dəniz arasında dəmir yolu əlaqəsi də yaradılmalıdır”, – […]
Azərbaycan Prezidenti Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib – Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. Canlixeber.com bu barədə AZƏRTAC-a istinadən xəbər verir.
Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş R.Əliyev və S.Talıbov saxlanılıblar. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilmiş tədbirlərlə həmin şəxslərdən ümumilikdə 19 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb. Faktlarla bağlı cinayət […]
ABŞ-nin FTB direktoru erməniəsilli müğənni ilə evlənibmiş
ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB) 46 yaşlı rəhbəri Keş Patel və erməniəsilli 27 yaşlı amerikalı kantri-musiqi ifaçısı Aleksis Uilkins evləndiklərini açıqlayıblar. Canlixeber.com xəbər verir ki, müğənni sosial media hesabında nişan üzüyünün nümayiş olunduğu birgə fotolarını paylaşaraq, “Biz bunu rəsmiləşdirdik” şərhini əlavə edib. Patel isə həmin paylaşıma ürək və üzük emojiləri qoyaraq öz reaksiyasını bildirib. Cütlüyün […]
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan 17 yaşlı yeniyetmə 14 yaşlı qızı evlənmək məqsədi ilə qaçırıb. Oktyabrın 1-də bu barədə Sabirabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan müraciət üzrə onlar oktyabrın 2-də polis əməkdaşları tərəfindən tapılaraq ailələrinə təhvil veriliblər. […]
