1 min read

Bakıda güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində yaşıllıqlara mövsümi qulluq və qabaqlayıcı təhlükəsizlik tədbirləri çərçivəsində müvafiq işlərin həyata keçirilir. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat yayıb. Bildirilib ki, Birliyin əməkdaşları tərəfindən şəhərin müxtəlif ərazilərində monitoringlər həyata keçirilir və qurumuş, zədələnmiş, eləcə də gözlənilən güclü küləkli hava şəraitində […]

1 min read

Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində 4 nəfər xəsarət alıb

Güclü küləyin təsiri nəticəsində üç qadın və bir kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xəsarət alan şəxslərə müvafiq tibbi yardım göstərilib. Onların vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. Ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq […]

1 min read

Zabratda güclü külək avtomobil körpüsünün məhəccərlərini dəmir yolunun üstünə salıb

Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə bəzi qatarların hərəkətində gecikmə qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. Məlumata görə, buna səbəb “Zabrat-2” stansiyası sahəsində güclü külək nəticəsində avtomobil körpüsünün məhəccərlərinin qoparaq relslərin üzərinə düşməsi olub. ADY əməkdaşları ərazidəki maneələri aradan qaldırıb, qatarların hərəkəti təmin edilib.

1 min read

Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində iki nəfər xəsarət alıb

Güclü küləyin təsiri nəticəsində iki qadın Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən gün saat 20:20-də 17.09.1952-ci il təvəllüdlü qadın güclü külək səbəbindən yıxılaraq xəsarət alıb. Zərərçəkən tibbi müayinədən keçirilib və ona sağ pəncənin IV daraq sümüyünün sınığı diaqnozu qoyulub. […]

1 min read

Bakıda dünəndən başlayan güclü külək 48 ağacı aşırıb, 63 budaq sınıb

Bakıda iyulun 27-dən başlayan güclü külək nəticəsində ayın 28-i səhər saatlarına qədər 48 ağac aşıb, 63 budaq sınıb. Canlixeber.com xəbər verir ki, vu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib. Bildirilib ki, birliyin briqadaları sınan ağacların kəsilməsini, budaqların budanmasını təmin ediblər.

1 min read

Külək Bakıda iki nəfəri xəstəxanalıq etdi

Əlverişsiz hava şəraiti ilə əlaqədar iyulun 27-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə iki çağırış daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə barəsə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Məlumata görə, çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub. Bildirilib ki, saat 07:55-də Səbail rayonu, Xəqani küçəsi ərazisindən […]

1 min read

Bakıda güclü külək səbəbindən AĞACLAR AŞIB

Ötən gündən davam edən küləkli hava səbəbindən Bakı şəhərində yeddi ağac aşıb, 22 budaq sınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilib. Qeyd olunub ki, birliyin əməkdaşları operativ şəkildə sınan ağacların kəsilməsi və sınan budaqların budanması işini icra edirlər.

1 min read

Bakıda güclü külək onlarla ağacı aşırıb 

Bakıda ötən gündən müşahidə olunan güclü külək nəticəsində 40 ağac aşıb. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bildirilib ki, güclü küləklə əlaqədar qurumun qaynar xəttinə ümumilikdə 104 müraciət daxil olub. “Dünən axşamdan davam edən güclü külək nəticəsində 40 ağac aşıb, 64 ağacın budaqları qırılıb. 39 ağac […]

1 min read

İsmayıllıda güclü külək fəsadlara yol açıb

İsmayıllıda güclü külək Heydər Əliyev və Həsənbəy Zərdabi küçələrində, eləcə də, həmin ərazilərə bitişik sahələrdə irigövdəli ağacları nəqliyyat və piyada yollarına, həmçinin istirahət zolaqlarına aşırıb. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, nəticədə qeyd olunan ərazilərdə hərəkətə bir neçə saat müddətində məhdudiyyətlər yaranıb. Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 60-cı kilometrliyində də irigövdəli ağaclar yolun hərəkət hissəsinə aşıb. Hadisə […]

1 min read

Bakıda “mall”un dam örtüyü uçdu

Ötən gecə güclü külək Bakıda bir sıra fəsadlar törədib. Cənlixeber.com “Unikal”a istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov Mall” ticarət mərkəzinin dam örtüyü uçub Damdan qopan böyük dəmir parçaları yola və park edilmiş avtomobillərin üzərinə düşüb.3ıb.