Dünya çempionatı: Cüdoçularımız 1/4 finalda rəqib oldular
Azərbaycan cüdoçusu Kənan Nəsibov dünya çempionatında 1/4 finala yüksəlib.
Canlixeber.com xəbər verir ki, +100 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 final mərhələsində ukraynalı Yakiv Khammo ilə qarşılaşıb.
Görüşdən qələbə ilə ayrılan Kənan Nəsibov növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, Kənan Nəsibov 1/4 finalda digər təmsilçimiz Uşanqi Kokauri ilə qarşılaşacaq.
