Camal Qamzatxanov Bakıda təşkil olunan dünya çempionatında 1/4 finala yüksəlib
Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) Bakıda təşkil olunan dünya çempionatında 1/4 finala yüksəlib.
Canlixeber.com xəbər verir ki, o, 1/8 finalda özbəkistanlı Muzaffarbek Turoboyevi məğlub edib.
C.Qamzatxanov 1/4 finalda Yur Spiykerslə (Niderland) üz-üzə gələcək.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
