Jurnalistlərin IX qurultayında Prezident İlham Əliyevə müraciət ünvanlanıb
Bu gün Mətbuat Şurasının IX qurultayı keçirilir. Canlixeber.com xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqlənib. Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək. Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı […]
Tesla Uçan avtomobilini təqdim edib
Tesla” şirkəti yeni nəsil “Roadster” elektrikli idman avtomobilini təqdim edib. İlon Maskın rəhbərlik etdiyi şirkət avtomobilin havaya qalxmasını və havada manevrlər etməsini nümayiş etdirib. Canlixeber.com verir ki, ABŞ-ın Texas ştatında keçirilən təqdimatda nümayiş etdirilən iki nəfərlik avtomobil “SpaceX” mühəndisləri ilə birgə hazırlanıb. Avtomobil xüsusi dartı sistemi vasitəsilə havaya qalxıb, havada dönmə hərəkəti edib və yerə […]
Azərbaycanın minifutbol üzrə U-23 millisi dünya çempionatında yarımfinal matçına çıxacaq
Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyada keçirilən dünya çempionatında bu gün yarımfinal matçına çıxacaq. Canlixeber.com xəbər verir ki, İlkin Hacıyevin baş məşqçi olduğu komanda Rumıniya millisi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 14:15-də start götürəcək. Xatırladaq ki, U-23 daha əvvəl keçirdiyi oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə […]
Azərbaycan XİN Pakistana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik “X” hesabında paylaşım edib. “Pakistanın qardaş xalqına Pişəvərdə məktəb binasının bir hissəsinin uçması nəticəsində çoxsaylı şagirdin və bir müəllimin həyatını itirməsi ilə əlaqədar dərin hüznlə başsağlığı verir və təəssüfümüzü bildiririk. Həyatını itirənlərin ailələrinin kədərini bölüşür, bu faciədən zərər çəkən hər […]
Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində ilk matçını keçirəcək
Azərbaycanın futzal millisi bu gün DÇ-2028-in əsas mərhələsində ilk matçını keçirəcək. Canlixeber.com xəbər verir ki, komanda səfərdə Çexiya yığması ilə qarşılaşacaq. Fridek-Mistekdəki “Hala Polarka” İdman Arenasında, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək görüşü Peter Nurse (İngiltərə), Valentin Siuplea (Uels) və Dunkan Maklulliç (Şotlandiya) idarə edəcəklər. Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı 12-ci qrupda […]
Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən orta məktəblərdən birinin şüşələri gecə saatlarında daş parçaları ilə sındırılıb. Canlixeber.com xəbər verir ki, xuliqanlıq hərəkətləri törədən Bəxtiyar Muradov polis tərəfindən saxlanılaraq həbs edilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
Azərbaycan güləşçisi Günay Qurbanova U-23 dünya çempionatında gümüş medal qazanıb. Canlixeber.com xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan güləşçi finalda ukraynalı Alina Filipoviçə sonuncu xal prinsipinə (4:4) əsasən məğlub olub. Beləliklə, G.Qurbanova mundialı ikinci pillədə başa vurub. Daha əvvəl yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medal […]
Kürdəmirdə iki yük maşınının iştirakı ilə ağır qəza olub, bir nəfər ölüb
Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1966-cı il təvəllüdlü İmişli rayon sakini Əliyev Mahmudun sükanı arasında olduğu “Isuzu” markalı yük maşını yol kənarında dayanmış “Mercedes” markalı yük maşınına çırpılıb. Nəticədə “Isuzu” markalı yük maşınında […]
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
Bu gün Bakının Yasamal və Xəzər rayonlarının bəzi ərazilərinə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 16-da Yasamal və Xəzər rayonlarında elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq. Yasamal Rayon Enerji […]
Mask 100 trilyonu hədəfləyir: “SpaceX” bəşər tarixində ən bahalı şirkət olacaq
Qlobal miqyaslı böyük müharibə baş verməzsə, “SpaceX” kosmik şirkətinin bazar dəyəri qarşıdakı on il ərzində 100 trilyon dolları ötə bilər. Canlixeber.com xəbər verir ki, bu barədə şirkətin qurucusu İlon Mask “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Genişmiqyaslı dünya müharibəsi baş verməsə, 10 ildən az müddətdə “SpaceX”in dəyərinin 100 trilyon dolları keçəcəyi ehtimal olunur”, – deyə […]
