1 min read

Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb

Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Sürücü “Chery Tiggo” markalı avtomobili park edərkən nəqliyyat vasitəsi yol səviyyəsindən aşağıda yerləşən səkiyə düşərək aşıb. Hadisə zamanı ərazidən piyadaların keçməməsi daha ağır nəticələrin qarşısını alıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

1 min read

Xırdalanda baş verən yanğın söndürülüb

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binalarına və obyektlərə yayılmasına imkan verilmədən tam söndürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəsarət alan olmayıb. ** Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində Abşeron rayonu, Xırdalan şəhərində […]

1 min read

Xırdalanda 25 yaşlı oğlan binadan yıxılaraq ölüb

Xırdalanda 25 yaşlı oğlan binadan yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb. 2001-ci il təvəllüdlü Cavid Hüseynov çoxmərtəbəli yaşayış binasından yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə həyatını itirib. Hadisənin başvermə səbəbləri araşdırılır.

1 min read

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən orta məktəblərdən birinin şüşələri gecə saatlarında daş parçaları ilə sındırılıb. Canlixeber.com xəbər verir ki, xuliqanlıq hərəkətləri törədən Bəxtiyar Muradov polis tərəfindən saxlanılaraq həbs edilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 min read

Xırdalanda avtomobil yanıb

Abşeron rayonu, Xırdalan şəhərində avtomobildə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi və idarəetmə lövhəsi […]

1 min read

Xırdalandakı qətlə görə iki nəfər saxlanıldı

Abşeron rayonunda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Canlixeber.com xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Aslanov və 2006-cı il təvəllüdlü Ceyhun Cəbrayılov saxlanılaraq istintaqa təhvil verilib. Xatırladaq ki, hadisə avqustun 19-da Abşeron rayonunun Xırdalan şəhəri, Yusif Məmmədəliyev küçəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Rasif […]

1 min read

Xırdalanda 31 yaşlı kişi bıçaqlanaraq öldürülüb

Xırdalanda mübahisə zamanı kişi bıçaqlanaraq öldürülüb. Canlixeber.com verir ki, hadisə Yusif Məmmədəliyev küçəsində qeydə alınıb. İlkin məlumata əsasən, 1995-ci il təvəllüdlü Abdullayev Rasif Rəhman oğlu mübahisə zamanı bıçaqlanıb. O, aldığı ağır xəsarətdən hadisə yerində ölüb. R.Abdullayevə xəsarət yetirməkdə Ceyhun adlı şəxs şübhəli bilinir. Faktla bağlı araşdırma aparılır.

2 mins read

Xırdalan və Sumqayıta metro xətti çəkiləcək

Xırdalan və Sumqayıt istiqamətində yeni metro xəttinin yaradılması nəzərdə tutulur. Bundan əlavə, paytaxtın metro infrastrukturunun genişləndirilməsi çərçivəsində 10 yeni metro xəttinin yaradılması planlaşdırılır. Canlixeber.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Azərbaycan Könüllülər İctimai Birliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə keçirilən “Könüllülər yol […]

1 min read

Xırdalandakı güclü yanğın söndürüldü

Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinddən (FHN) bildirilib. Qeyd olunub ki, qurumun “112” qaynar telefon xəttinə Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

1 min read

Xırdalanda minik avtomobili sərnişin avtobusuna çırpıldı: Yaralı var

Abşeron rayonu Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, KIA markalı minik maşını 517 nömrəli marşrut xətti üzrə hərəkət edən “Isuzu” markalı sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, hadisə nəticəsində minik avtomobilinin sərnişini xəsarət alıb. Hadisə ilə bağlı aidiyyəti quruma müvafiq sorğu verilib.