2 mins read

Bu gecə nadir astronomik hadisə baş verəcək

Bu gecə səma həvəskarlarını nadir astronomik hadisə gözləyir. “Qafqazinfo” xəbər verir ki, Ay həm “Mavi Ay”, həm də “Mikro Ay” fazalarına eyni vaxtda daxil olacaq və ilin ən kiçik görünən tam Ay kimi müşahidə ediləcək. “Mavi Ay” termini Ayın rənginin dəyişməsi anlamına gəlmir. Bu ad eyni təqvim ayı ərzində baş verən ikinci tam Aya verilir. […]

1 min read

Bəzi ərazilərdə yağış yağır, küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA

Mayın 31-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edib. Bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub. Şahdağda isə qar yağıb. Düşən yağıntının miqdarı Ordubad, İsmayıllıda 10, Sabirabadda 9, Daşkəsən, Astarada 8, Göygöl , […]

1 min read

“Sabah” futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb

“Sabah” futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, nigeriyalı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib. Cesse Sekidika “Sabah”ın tarixində mühüm rol oynamış futbolçulardandır. O, “bayquşlar”ın heyətində bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub. Sekidika “Sabah”da ümumilikdə 107 oyun keçirib. […]

1 min read

Goranboyda çörək daşıyan yük avtomobili yandı 

Goranboyda yanğın hadisəsi baş verib. Canlixeber.com “Unikal”a istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, 1960-cı il təvəllüdlü Ş. Hüseynovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili hərəkətdə olarkən qəfil yanmağa başlayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb, avtomobilin qalan hissəsi alovdan mühafizə edilib. Yanğın […]

1 min read

“Turan Tovuz” Konfrans Liqasına buraxılmayacaq? – Klubdan açıqlama

“UEFA başda olmaqla, heç bir qurumdan avrokuboklarda iştirakla bağlı təsdiq və ya imtina barədə rəsmi bildiriş almamışıq”. Canlixeber.com “Teleqraf”a istinadla xəbər verir ki, bu barədə “Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyev klubun UEFA Konfrans Liqasında iştirakının sual altında olmasına dair iddialara münasibət bildirərkən deyib. O, komandanın 2025/2026 mövsümünü uğurla başa vurduğu və idman prinsipləri qorunmaqla […]

1 min read

“Sabah”ın qapıçısı Rəvan Mirzəmmədov U-21-in düşərgəsindən ayrılıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycanın Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Bildirilib ki, “Sabah”ın qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən düşərgədən ayrılıb. Onun əvəzinə “Neftçi”nin qolkiperi Nurəziz Əzizov heyətə dəvət edilib. Qeyd edək ki, mayın 28-dən Bakıda bir araya gələn U-21 bu gündən […]

1 min read

AZAL Gəncə – Sankt-Peterburq uçuşlarını bərpa etdi

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Gəncə – Sankt-Peterburq – Gəncə marşrutu üzrə mövsümi uçuşları bərpa edib. Canlixeber.com xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb. “Gəncədən təyyarə bu gün (dünən-red) Bakı vaxtı ilə saat 16:20-də Sankt-Peterburqa yola düşüb. Reyslər həftədə bir dəfə, şənbə günləri yerinə yetiriləcək”, – AZAL-dan qeyd olunub. Bildirilib ki, bu istiqamətdə uçuş […]

1 min read

Minifutbol üzrə Avropa çempionatında qrup mərhələsi başa çatıb, pley-off cütləri dəqiqləşib

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulub. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, yarışın dördüncü günündə daha doqquz qarşılaşma baş tutub. Matçlardan sonra pley-offa vəsiqə qazanan bütün komandalar dəqiqləşib. A qrupu Yunanıstan 1:1 Bosniya və Herseqovina Slovakiya 1:2 Monteneqro Xal durumu: Bosniya və Herseqovina – 5, Yunanıstan – 4, Monteneqro – 4, […]

1 min read

Goranboyda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb

Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb. Canlixeber.com APA-ya istinadla xəbər verir ki, qəza rayon ərazisində iki “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib. Hadisə zamanı 2001-ci il təvəllüdlü İ.Namazov, 1962-ci il təvəllüdlü S.Məmmədov və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətinin orta ağır olduğu […]