1 min read

Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan güləşçisi Günay Qurbanova U-23 dünya çempionatında gümüş medal qazanıb. Canlixeber.com xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan güləşçi finalda ukraynalı Alina Filipoviçə sonuncu xal prinsipinə (4:4) əsasən məğlub olub. Beləliklə, G.Qurbanova mundialı ikinci pillədə başa vurub. Daha əvvəl yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medal […]

1 min read

Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb. Canlixeber.com xəbər verir ki o, finalda qazaxıstanlı Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olub. Qeyd edək ki, oktyabrın 18-dək ABŞ-nin Las Veqas şəhərində keçiriləcək yarışda Azərbaycanı 23 güləşçi təmsil edir.

1 min read

Sabir Zeynalov Cənubi Koreyada gümüş medal qazandı

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən Açıq Çelenc Turnirində gümüş medal qazanıb. Canlixeber.com xəbər verir ki, o, finalda türkiyəli Ali Can Özcana uduzub. O, 1/8 finalda rusiyalı Timur Baitimirov, 1/4 finalda monqolustanlı Tyemirbyek Khaulyet, yarımfinalda isə özbəkistanlı Fayoz Valijonovu məğlub edib. Qeyd edək ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.