1 min read

Salyanda çətənə kolları yetişdirən şəxs saxlanılıb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Bağırov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı ünvana və həyətyanı sahəyə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq göstərilərək yetişdirilmiş, ümumi çəkisi 27 kiloqram olan […]

1 min read

Şirvanda benzinlə ehtiyatsız davranan kişi yandı

Şirvan sakini ağır yanıq xəsarətləri alıb. Canlixeber.com lent.az-a istinadla xəbər verir ki, benzinlə ehtiyatsız davranan şəhər sakini, 31 yaşlı Kərimli Fərid Behbud oğlu ağır yanıq xəsarətləri alıb. O, bədəninin 3-cü dərəcəli termiki yanıq diaqnozu ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralının Bakıdakı 5 saylı klinik xəstəxananın yanıq şöbəsinə təxliyyə edilməsi gözlənilir.

1 min read

Tərtərdə külli miqdarda narkotik vasitə aşkarlandı

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Səid İsmayılov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ondan 2 kiloqram marixuana və 1 kiloqram 175 qram həşiş aşkarlanıb. Saxlanılan şəxs ifadəsində İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Tərtər rayonunda satışını təşkil etmək məqsədi ilə […]

1 min read

İmtahanda maksimal bal toplayan Ayşənin FOTOSU

Aprelin 26-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələrinə əsasən, 4 nəfər 300 bal toplamaqla ən yüksək nəticə göstərib. Canlixeber.com xəbər verir ki, həmin şagirdlərdən biri Bakı Türk Liseyinin şagirdi Ayişə Mirzəzadə olub. Bakı Türk Liseyi imtahanda bütün sualları düzgün cavablandıraraq 300 tam bal toplayan şagirdn […]

1 min read

Babək rayonunda qəzada ölən gənc tələbə imiş

Babək rayonunda qəzada ölən Nail Əlizadə tələbə olub. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan Musiqi Kolleci paylaşım edib. Qeyd edilib ki, Nail Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin III kurs tələbəsi olub. Xatırladaq ki, Nail İlham oğlu Əlizadəmayın 23-ü gecə saatlarında Çeşməbasar kəndi ərazisində “Hyundai” markalı avtomobilin aşması nəticəsində ağır xəsarət alaraq xəstəxanada […]

1 min read

Komitə sədri şöbə müdirini İŞDƏN ÇIXARDI

Dövlət Statistika Komitəsinin (DSK) daha bir şöbə müdiri vəzifəsindən azad olunub. Canlixeber.com “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə komitə sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb. Əmrə əsasən, DSK-nin Maliyyə və təsərrüfat şöbəsinin müdiri Kuzina Tatyana Vladimirovna işdən çıxarılıb. Onun yerinə hələlik yeni təyinat olmayıb. Bununla da qurumda müdir vəzifəsi boş olan şöbələrin sayı […]

1 min read

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rəsmi açılışı iyunun 2-də keçiriləcək. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, bununla bağlı mərasim Gürcüstanın Axalkalaki stansiyasında keçiriləcək. Mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildən etibarən test rejimində fəaliyyət göstərsə də, layihənin rəsmi istifadəyə verilməsi yalnız indi baş tutacaq. Magistralın ümumi uzunluğu 827 […]

1 min read

Premyer Liqaya vəsiqə uğrunda oyunda bu gün “Qəbələ” “Mingəçevir”lə qarşılaşacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off oyunu bu gün keçiriləcək. Canlixeber.com xəbər verir ki, “Qəbələ” – “Mingəçevir” matçı “SOCAR Polymer Arena” təşkil olunacaq. Saat 18:30-da start götürəcək görüşdə VAR sistemi də tətbiq ediləcək. Qarşılaşmanı baş hakim Tural Qurbanov idarə edəcək. Xatırladaq ki, “Qəbələ” cari mövsüm isli Premyer Liqasını 11-ci, “Mingəçevir” isə I Liqanı […]

1 min read

Girdimançayda selə düşən 3 nəfər xilas edilib

Girdimançayın İsmayıllıdan keçən hissəsində selə düşən 3 nəfər – Hüseynov Gümşüd Mərdan oğlu, Rüstəmov Ehtiram Sadıq oğlu (1968) və Əzimov Simran Eynulla oğlu (1985) xilas edilib. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, rayonun Zərnava kəndindən yas mərasimindən qayıdan 3 nəfər “Niva” markalı avtomobillə Girdimançayı keçmək istəyərkən sel səbəbindən çayın ortasında köməksiz vəziyyətdə qalıb. Hadisə ilə […]