Türkiyədə ata təcavüzə uğramış qızını öldürmək üçün xəstəxanaya basqın etdi
1 min read

Türkiyədə ata təcavüzə uğramış qızını öldürmək üçün xəstəxanaya basqın etdi

Türkiyənin Adana şəhərində cinsi istismara məruz qalan qızını öldürmək istəyən ata məhkəmə zalında həbs olunub.

Canlixeber.com xəbər verir ki, cinsi zorakılıq qurbanı olan qız polisə şikayət etdikdən sonra atası onu öldürmək qərarına gəlib.

Polis əməkdaşları onu tibbi müayinə üçün Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasına aparıblar. Hadisədən xəbər tutan 47 yaşlı ata, avtomobilindən silahını çıxararaq qızını öldürməyə cəhd edib. O, xəstəxananın pəncərələrinə atəş açdıqdan sonra binada gizlənib. Polis əməkdaşları və xəstəxananın mühafizə xidmətinin işçiləri gecə boyu şübhəlinin tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.