Yanıq xəsarətləri
Qaynar su 33 yaşlı kişini xəstəxanalıq etdi
Qobustan rayonda üstünə qaynar su düşən kişi xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Bədəlli kəndinndə baş verib. Kənd sakini – 33 yaşlı Orxan Yasinovun üzərinə yaşadığı evdə isti su tökülüb. O.Yasinov xəstəxanaya yerləşdirilib.
Şirvanda benzinlə ehtiyatsız davranan kişi yandı
Şirvan sakini ağır yanıq xəsarətləri alıb. Canlixeber.com lent.az-a istinadla xəbər verir ki, benzinlə ehtiyatsız davranan şəhər sakini, 31 yaşlı Kərimli Fərid Behbud oğlu ağır yanıq xəsarətləri alıb. O, bədəninin 3-cü dərəcəli termiki yanıq diaqnozu ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralının Bakıdakı 5 saylı klinik xəstəxananın yanıq şöbəsinə təxliyyə edilməsi gözlənilir.
