1 min read

Vəzifəli şəxsin bıçaqlandığı xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin olunub. Qeyd edək ki, R.Nağıyev daha əvvəl Binəqədi Tibb Mərkəzinin baş həkimi vəzifəsini tutub. Xatırladaq ki, oktyabrın 8-də həmin xəstəxanada insident yaşanıb. Hadisə […]

1 min read

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub. Qəza nəticəsində Emil İsgəndərovun idarə etdiyi avtomobil yoldan çıxaraq səki ilə piyada hərəkət edən 1981-ci il təvəllüdlü Elzanə Gündüz qızı Əliyevanı vurub. […]

3 mins read

Xırdalanın nəqliyyat əlaqələri genişləndiriləcək: iki yeni yol layihəsi nəzərdə tutulur

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Xırdalan şəhərində nəqliyyat sıxlığının azaldılması, şəhərdaxili hərəkətin asanlaşdırılması və əsas magistral avtomobil yollarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə iki mühüm yol infrastrukturu layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib […]

2 mins read

Baş Dövlət Yol Polisi İdarəsindən küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində güclü külək gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, BDYPİ hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə müraciət edərək onları yollarda diqqətli olmağa və təhlükəsizlik qaydalarına ciddi riayət […]

1 min read

Bakı-Qəbələ-Bakı istiqamətində əlavə qatar reysləri təşkil ediləcək

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl dörd qeyri-iş günündə sərnişin tələbatını qarşılamaq məqsədilə 7, 8, 9 və 10 noyabr tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm dönüş reysləri təşkil olunacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Biletləri ADY-nin saytından, mobil tətbiqindən və ya dəmiryol […]

1 min read

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı “AzSamand” markalı avtomobil 1994-cü il təvəllüdlü Rəsul Rasim oğlu Zeynalzadəni vurub. Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

1 min read

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşüb, sürücü xəsarət alıb. Canlixeber.com hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq su arxına düşməsi nəticəsində 1966-cı il təvəllüdlü sürücü A.Carçıyev xəsarət alıb. O, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Bakının 2 rayonunda su kəsiləcək

Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, fasilə su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı texniki şərtə uyğun olaraq aparılacaq işlərlə əlaqədardır. Suyun verilməsinin oktyabrın 21-də səhər saatlarında əvvəlki rejimə qaytarılması nəzərdə […]

1 min read

Sabah hava meteohəssas insanlara necə təsir edəcək?

Oktyabrın 19-u üçün tibbi-meteoroloji proqnoz açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

1 min read

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Oktyabrın 19-da Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.