Qazaxda avtomobil su arxına düşdü
Qazaxda avtomobil su arxına düşüb, sürücü xəsarət alıb.
Canlixeber.com hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq su arxına düşməsi nəticəsində 1966-cı il təvəllüdlü sürücü A.Carçıyev xəsarət alıb.
O, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
