Vəzifəli şəxsin bıçaqlandığı xəstəxanaya baş həkim təyin edildi
1 min read

Vəzifəli şəxsin bıçaqlandığı xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub.

Canlixeber.com xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin olunub.

Qeyd edək ki, R.Nağıyev daha əvvəl Binəqədi Tibb Mərkəzinin baş həkimi vəzifəsini tutub.

Xatırladaq ki, oktyabrın 8-də həmin xəstəxanada insident yaşanıb. Hadisə zamanı direktor müavini Orxan Ənvərli bıçaqlanıb.