1 min read

Çaylardan sel keçəcək, bəzi rayonlarda dolu düşəcək – Xəbərdarlıq

Oktyabrın 20-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

1 min read

Bu gün hava necə olacaq?

Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20° isti, […]

1 min read

İstanbulda seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb

İstanbulda sel nəticəsində itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, Sarıyer rayonunda avtomobili ilə birlikdə sel sularına düşərək itkin düşən Murat Babajanovun meyiti Haliç sahilində aşkarlanıb. Sel nəticəsində itkin düşən daha 4 nəfərin axtarışları davam etdirilir.

2 mins read

Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur

Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik və ya psixotrop maddələrin satışı və ya verilməsi ittihamı ilə ittiham aktı hazırlanıb. Canlixeber.com xəbər verir ki, ittiham aktında onun azı 10 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunur. İstanbulda Bakırköy Prokurorluğunun hazırladığı ittiham aktına əsasən, tanınmış şəxslərin narkotik vasitələrdən istifadə etməsi və onları bir-birinə təqdim etməsi barədə məlumatlar […]

2 mins read

Azərbaycanda 18 min manatdan çox aliment borcu olan ata həbs olundu

Azərbaycanda aliment borcunu ödəməyən daha bir ata həbs olunub. Canlixeber.com xəbər verir ki, 36 yaşlı Qəbələ rayon sakini 18 min manatdan çox aliment ödənişini yerinə yetirmədiyi üçün barəsində cinayət işi açılıb. Məlumata görə, o, 2012-ci ildə zərərçəkənlə rəsmi nikaha girib. 2013 və 2015-ci illərdə cütlüyün iki övladı olub. Lakin münasibətləri yaxşı olmadığı üçün 2017-ci ildə […]

1 min read

UEFA Çempionlar Liqası: “Sabah” – “Borussiya” oyununu ispaniyalı hakimlər idarə edəcək

“Sabah” və Almaniyanın “Borussiya” (Dortmund) komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyunu üçün təyinatlar açıqlanıb. Canlixeber.com xəbər verir ki, Liqa mərhələsinin III turunun matçı İspaniyadan olan hakimlər briqadasına tapşırılıb. FIFA referisi Xavyer Alberola Roxasa həmyerliləri Alfredo Rodriges Moreno və Karlos Alvares Fernandes köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Victor Qarsiya Verdura yerinə yetirəcək. VAR-da Sesar Soto […]

1 min read

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında narıncı, bəzi bölgələrdə isə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti […]

1 min read

İran parlamenti yeni müdafiə nazirini təsdiqləyib

İran parlamenti Mehrdad Əxlaqi Kitabçinin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiqləyib. Canlixeber.com “Tasnim” agentliyinə istinadən xəbər verir ki, parlamentdə keçirilən etimad səsverməsində 237 deputat onun namizədliyini dəstəkləyib. Beləliklə, Mehrdad Əxlaqi Kitabçi İranın yeni müdafiə naziri olub. Qeyd edək ki, onun namizədliyini parlamentə Prezident Məsud Pezeşkian təqdim edib. Əxlaqi Kitabçi bundan əvvəl İranın müdafiə sənayesi və aerokosmik […]

2 mins read

Türkiyəli narkobaron Almaniyada xəstəxanadan skuterlə qaçırıldı

Almaniyanın Essen şəhərində həkim müayinəsinə aparılan türkiyəli narkobaron Diyar Gündüz maskalı və silahlı şəxslərin köməyi ilə mühafizəçilərin əlindən qaçıb. Canlixeber.com xəbər verir ki, iki ayrı məhkəmə işində ümumilikdə 17 il həbs cəzasına məhkum edilən, lakin hökmü hələ qüvvəyə minməyən Gündüz və qaçışına kömək edən iki nəfər Avropada axtarışa verilib. Məlumata görə, hadisə oktyabrın 14-də baş […]