Xəbər lenti
Sonuncu xəbərlər
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 408 ton gübrə yola salınıb
Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib. Canlixeber.com xəbər verir ki, 6 vaqondan ibarət, çəkisi 408 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 33 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və […]
Qubada avtomobil 34 yaşlı kişini vuraraq öldürüb
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə ötən gecə rayonun Atuc kəndi ərazisində qeydə alınıb. Avtomobil Yeni Güləzi kənd sakini, 34 yaşlı Bəhruz Alimovu vurub. TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 22 iyun saat 23:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Quba rayonu, Yeni Güləzi yolu istiqamətindən […]
Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu
Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) məlumat yayıb. Belə ki, Mingəçevir şəhər sakini İlyas Hüseynov “Ford” markalı avtomobili idarə edərkən işıq cihazlarından düzgün istifadə etmədiyi üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən […]
Keçmiş icra başçısına yeni vəzifə verildi
Sumqayıt Şəhər Ağsaqqallar Şurasına yeni sədr seçilib. Canlixeber.com xəbər verir ki, bu vəzifəyə Eldar İsmayılov gətirilib. Məlumata görə, iyunun 22-də Sumqayıt Şəhər Ağsaqqallar Şurasının seçki konfransı keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı, professor Eldar İbrahimov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və mətbuat […]
“Qarabağ”dan ayrılan Buntiç bu kluba keçdi
Bugünlərdə “Qarabağ”dan ayrılan Fabiyan Buntiçin yeni klubu müəyyənləşib. Canlixeber.com xəbər verir ki, xorvatiyalı qapıçı Portuqaliyanın 2-ci liqa təmsilçisi “Farense”yə transfer olunub. Qeyd edək ki, Fabiyan Buntiç 2024-cü ildə Almaniyanın “İnqolştadt” klubundan “Qarabağ”a transfer olunmuşdu.
Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Ömər Cəfərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Canlixeber.com xəbər verir ki, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. İttihama görə, Ömər Cəfərov Abşeron rayonu ərazisindəki […]
Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır
Bu gün – 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Canlixeber.com xəbər verir ki, dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub. Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycanda 2026-cı il yanvarın 1-nə olan məlumata əsasən, dövlət qulluqçularının sayı 27,3 min nəfərdir. Qeyd olunub […]
26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı
Bərdə rayonunda kanaldan meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 2000-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda klinika direktoru vəzifəsindən istefa verdi
“Badam Medical Center”in direktoru Fuad Məmmədov vəzifəsindən ayrılıb. Canlixeber.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. Fuad Məmmədov bildirib ki, bir neçə gün əvvəl öz istəyi ilə son üç ildə rəhbərlik etdiyi “Badam Medical Center”dən ayrılıb. O, qərarının səbəbini klinikada həyata keçirilən yeni struktur dəyişikliyi ilə razılaşmaması və öz missiyasını başa […]
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var
Sumqayıtda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Koroğlu prospektində qeydə alınıb. Belə ki, şəhər sakini, 2003-cü il təvəllüdlü Şəmsəddin Əmrullayevin idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər – 2003-cü il təvəllüdlü Zakir İbrahimli, 2003-cü il […]
