Xəbər lenti
Sonuncu xəbərlər
Bakıda külək əsir, rayonlarda yağış yağır – FAKTİKİ HAVA
İyunun 28-i saat 12:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 28-i saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür. Düşən yağıntının miqdarı Yardımlıda 43 (aylıq normanın 93%-i), Şamaxıda 40 (aylıq normanın […]
Hakim olmaq istəyənlər İMTAHAN VERİRLƏR
Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda hakimliyə namizədlər üçün keçirilən növbəti test imtahanında 333 nəfər iştirak edir. Canlı xəbər.com xəbər verir ki, bunu imtahan çərçivəsində jurnalistlərə açıqlamasında Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov bildirib. Onun sözlərinə görə, keyfiyyətli ədalət mühakiməsinin təmin olunması, məhkəmə sisteminə güvənin artırılması məqsədilə hakim korpusunun peşəkar, yüksək bilik və mənəvi keyfiyyətlərə malik […]
Ağdərədə avtobus aşıb, xeyli sayda yaralı var
Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, rayon ərazisində avtobusun aşması nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda yaralılar Ağdam və ətraf rayonlardan cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanalara təxliyə edilirlər. Hadisənin başvermə səbəbi, yaralıların dəqiq sayı və digər təfərrüat araşdırılır.
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərilib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. Canlixeber.com xəbər verir ki, 11 vaqondan ibarət, çəkisi 770 ton olan buğda 28 iyun tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq […]
Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi – Nəticə rədd edildi
Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən son sədr seçkisi Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilməyib. Canlixeber.com xəbər verir k, Azərbaycan Kinematoqrafçılar İttifaqının son sədr seçkilərində yeganə namizəd kimi Əli İsa Cabbarovun namizədliyi irəli sürülmüş və onun sədr seçildiyi açıqlanmışdı. Daha sonra seçkilərin nəticələri protokollaşdırılaraq təsdiq olunması üçün Ədliyyə Nazirliyinə göndərilib. Lakin nazirlik Əli İsa Cabbarovun sədr seçilməsini təsdiqləməyib, […]
Təhlükəli motosiklet sürücüsünü polis saxlanılıb
Paytaxt ərazisində motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlərlə nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb. Onun barəsində hüququ məsuliyyət tədbirləri görülür.
Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
Şamaxıda torpaq sürüşməsi yolları yararsız hala salıb
Şamaxıda son günlər müşahidə olunan intensiv yağışlar və sel suları Qonaqkənd avtomobil yolunda ciddi fəsadlara yol açıb. Yolun iki müxtəlif nöqtəsində torpaq sürüşməsi aktivləşib, nəticədə asfalt örtüyü tamamilə dağılıb. Sürüşmə nəticəsində yolun bir hissəsi uçaraq yararsız hala düşüb. İndi sürücülər hərəkət üçün alternativ və təhlükəli yollardan istifadə etməyə məcbur qalıblar. Canlixeber.com xəbər verir ki, ənd […]
Paytaxtda 60 yaşlı qadın ərini baltalayıb
Bakının Yasamal rayonunda ailə-məişət zəmnində 62 yaşlı kişi ağır xəsarətlər alıb. Canlixeber.com xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. Belə ki, 2-ci Yeni Yasamal 16 mənzil 38 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Hacıyev Elşən Nəriman oğlu həyat yoldaşı ilə mübahisə edib. Daha sonra onu döyüb. Qadın balta ilə ərinə hücum edərək onun üz, hər […]
Bakıda Zaqatala sakini bıçaqlandı
Bakının Nərimanov rayonunda dava zamanı 37 yaşlı şəxs bıçaq xəsarətləri alıb. Canlixeber.com xəbər verir ki, hadisə Əliəşrəf Əlizadə küçəsində Elm və Təhsil Nazirliyinin qarşısında qeydə alınıb. Zaqatala rayon sakini 1989-cu il təvəllüdlü Ramazanov Şəhriyar Zakir oğlu küçədə tanımadığı şəxsin hücumuna məruz qalıb O, hər iki ayağından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
