1 min read

Azərbaycandan tranzit keçməklə Ermənistana 1 000 tondan çox propan qazı göndərilib

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana rusiyamənşəli propan qazı daşıyan 30 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb. Canlixeber.com xəbər verir ki, bu ölkəyə çəkisi 1 026 ton olan propan qazı göndərilib. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

1 min read

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. Canlixeber.com xəbər verir ki, 11 vaqondan ibarət, çəkisi 770 ton olan buğda 28 iyun tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq […]