Sabirabad
Sabirabadda uşaq ölü doğulub
Sabirabadda uşaq ölü doğulub. Canlixeber.com xəbər verir ki, Sabirabad doğum evində rayon sakini, 38-39 həftəlik hamiləlik dövrü olan 2007-ci il təvəllüdlü Ə. Soltanova doğuş zamanı ölü uşaq dünyaya gətirib. Faktla bağlı araşdırma aparılır.
Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı
Sabirabad rayonunun Narlıq kəndi ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Canlixeber.com xəbər verir ki, araşdırmalarla hadisənin kənd sakini H.Şükürov tərəfindən qəsdən həyata keçirildiyi məlum olub. Nəticədə 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.
Sabirabadda FACİƏ: İki yaşlı uşaq hovuzda boğularaq ölüb
Sabirabad rayonunda iki yaşlı uşaq su hovuzunda boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb. Kənd sakini, 2024-cü il təvəllüdlü E.Q. valideyn nəzarətindən yayınaraq həyətdəki su hovuzuna düşüb. Nəticədə boğularaq həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək
Sabah Sabirabad rayonunun 10 kəndində qaz təchizatı dayandırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 28-də saat 10:00-dan işlər yekunlaşanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sabirabadda baş verən qəzada bir nəfər ölüb, iki nəfər xəsarət alıb
Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral yolunun rayonun Nizami kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Sabirabadda qəzada 68 yaşlı motosiklet sürücüsü ölüb
Sabirabad şəhərində minik avtomobili ilə motosikletin toqquşması nəticəsində 1958-ci il təvəllüdlü Əliyev Əlixan Məzahir oğlu ölüb. Canlixeber.com xəbər verir ki, qəza nəticəsində ağır xəsarət alan Sabirabad sakini xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlanıb
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 36 yaşlı İlkin Əbdürəhmanov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ondan 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sabirabadda yanğın törədən şəxs saxlanılıb
Sabirabadda yanğın törədən şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, Sabirabad rayonunun Zəngənə kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmalarla yanğının E.Məlikov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 40 hektardan çox biçilmiş əkin sahəsi və kol-kos yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.
Sabirabadda məktəbli qızın meyiti tapıldı
Sabirabad rayonunda yeniyetmə qızın meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 7-si saat 17 radələrində Çığırğan kəndində baş verib. Kənd sakini 2010-cu il təvəllüdlü G.M.-in meyiti yaşadığı evin həyətində aşkar edilib. Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Keçmiş bələdiyyə sədri vəfat etdi
Sabirabad rayonunda müxtəlif vəzifələrdə çalışmış, rayonun ictimai həyatında uzun illər xidmət göstərmiş Mirşamil Mirmurtuza oğlu Qasımov vəfat edib. Canlixeber.com xəbər verir ki, o, ötən gün, 83 yaşında dünyasını dəyişib. Mirşamil Qasımov uzun illər Sabirabad Rayon İstehlak Cəmiyyətinin (Raypo) sədri, daha sonra isə Sabirabad rayon bələdiyyəsinin sədri vəzifələrində çalışıb.
