1 min read

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var

Gədəbəy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Canlixeber.com xəbər verir ki, “Mercedes” markalı avtomobilin aşması nəticəsində 5 nəfər; Elvir Fətəliyev, Rufan Məmmədov, Ziya Nuriyev, qardaşı Musa Nuriyev və Məhəmməd Məmmədov xəsarət alıblar. Yaralılar əvvəlcə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, sonra isə Gəncəyə şəhərindəki xəstəxanalardan birinə çatdırılıblar. Faktla bağlı araşdırma başlanılıb.

1 min read

“Sabah” – “Zirə” qarşılaşmasının tarixi bəlli oldu

Azərbaycan Premyer Liqasında IV turun oyun cədvəli açıqlanıb. Canlixeber.com zəbər verir ki, üç günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. 4 sentyabr (cümə) “Qəbələ” – “İmişli”Qəbələ şəhər stadionu, 18:00 “Kəpəz” – “Şamaxı”Gəncə şəhər stadionu, 20:15 5 sentyabr (şənbə) “Sabah” – “Zirə”“Bank Respublika Arena”, 18:30 “Neftçi” – “Şəfa”“Palms Sports Arena”, 20:30 […]

1 min read

Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib

Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyası bir həftədən artıqdır ki, xarici enerji təchizatından məhrumdur və hazırda fövqəladə dizel generatorlarından istifadə edir. Canlixeber.com xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi məlumat yayıb. Qeyd edilib ki, altı fəaliyyətsiz reaktorunun soyudulmasını təmin etmək üçün elektrik enerjisinə ehtiyacı olan stansiyanın ərazisində cəmi 10 günlük dizel yanacağı ehtiyatı var. AES-in altı […]

1 min read

“Qarabağ”dan yeni transfer: Braziliyalı yarımmüdafiəçi komandaya qoşuldu

“Qarabağ” futbol klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb. Canlixeber.com xəbər verir ki, 23 yaşlı futbolçu ilə birillik müqavilə imzalanıb. Müqaviləyə əsasən, icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçunun transfer hüquqlarını əldə edə bilər. Qeyd edək ki, Dieqo Rosa 2021-ci ildə “Qremio”dan “Mançester Siti”yə transfer olunub. Yarımmüdafiəçi karyerası ərzində “Lommel” (Belçika), “Vizela” (Portuqaliya), […]

1 min read

Cəlilabadda ikimərtəbəli ev külə döndü

Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qarğılı kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini Müslüm Əliyevə məxsus ikimərtəbəli fərdi yaşayış evində naməlum səbəbdən yanğın başlayıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri cəlb edilib. Yanğının qarşısı alınsa da, ev tamamilə yanaraq yararsız […]

1 min read

Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ

“Kəpəz” futbol klubunun Media və Marketinq departamentinin direktoru vəzifəsinə yeni təyinat gerçəkləşib. Canlixeber.com xəbər verir ki, bu vəzifəyə tanınmış idman jurnalisti Aqşin Əliyev gətirilib. O bu vəzifədə Gəray Qiyasovu əvəzləyib. Jurnalist fəaliyyətinə “525-ci qəzet”də başlayan Aqşin Əliyev daha sonra “Neftçi” və MOİK klublarında da fəaliyyət göstərib.

1 min read

Bağlı qapı arxasında qalan şəxs xilas edildi

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində 1 nəfər xilas olunub.

1 min read

Mingəçevirdə balıq tutan şəxs öldü

Mingəçevir su anbarında balıq tutan şəxs ölüb. Canlixeber.com xəbər verir ki, hadisə su anbarı hövzəsindəki çimərliklərdən birində baş verib. Həvəskar qaydada balıq tutmaq üçün adıçəkilən əraziyə gedən 1964-cü il təvəllüdlü şəhər sakini Osmanov Maarif Yaqub oğlu orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

1 min read

“Barselona” müdafiəçisini satdı

İspaniya təmsilçilərindən “Barselona”nın müdafiəçisi Ektor Fortun “Real Sosyedad”a keçib. Canlixeber.con xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb. İspaniya mətbuatı bu transferin məbləğinin 8 milyon avro olduğunu yazıb. Qeyd edək ki, Fort ötən mövsümü “Elçe”də icarə əsasında keçirib. O, 14 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib

1 min read

“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli olub

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” komandasının yer aldığı 5-ci qrupun bütün iştirakçıları müəyyənləşib. Canlixeber.com xəbər verir ki, ilkin mərhələ qarşılaşmalarından sonra C qrupunun qalibi “Buba Mara” (Bosniya və Herseqovina) və D qrupunun lideri “Uypeşt” (Macarıstan) Naxçıvan təmsilçisinin rəqibləri olublar. Püşkatmanın nəticəsinə əsasən, 5-ci qrupa E qrupunun qalibi qoşulmalı idi. Lakin […]